Dövlət İmtahan Mərkəzi və “Cambridge Assessment English” arasında anlaşma memorandumu imzalanıb
26.09.2019 [09:51]
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və “Cambridge Assessment English” (CAE) arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memoranduma əsasən CAE ingilis dilinin öyrənilməsi və qiymətləndirilməsinə dair bacarıq və standartların inkişaf etdirilməsində DİM ilə əməkdaşlıq edəcək. Əməkdaşlıqda bakalavriat və magistratura səviyyələrinə qəbul imtahanları da əhatə olunacaq.
Anlaşmaya görə, CAE birgə proqramlar və əməkdaşlıq layihələri həyata keçirməklə ingilis dili tədris sisteminin keyfiyyəti və tədris proqramına uyğunluğunu təkmilləşdirməyi, beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğun ingilis dilinin qiymətləndirilməsi üçün vasitələr və qəbul testlərinin hazırlanmasına dəstək olmağı, dilin qiymətləndirilməsi üzrə vəsaitlərin tərtib edilməsi və qiymətləndirmənin təşkili sahəsində DİM əməkdaşlarının peşəkar inkişafını təmin etməyi öz öhdəsinə götürür. Eyni zamanda, DİM-in ingilis dili üzrə qiymətləndirmə alətlərinin Dillər üzrə Ümumavropa Tövsiyə Çərçivə Sənədinə (CEFR) uyğunlaşdırılması məqsədilə müqayisəli tədqiqatını hazırlamağı, CAE-nin ingilis dili üzrə səviyyə imtahanlarının və yerli imtahanların müqayisəli cədvəlini tərtib etməyi (qısa olaraq, “Müqayisəli tədqiqat” layihəsi), ekspert tövsiyələrini təklif edir.
DİM qeyd olunanlarla bağlı layihələr hazırlanması, planlaşdırılması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsini dəstəkləmək məqsədilə memorandum çərçivəsində keçiriləcək tədbirlərdə CAE-nin nümayəndələri ilə sıx əməkdaşlıq edəcək. Həmçinin layihələrə cəlb olunacaq məktəb və ali təhsil müəssisələri ilə əlaqələr qurulmasına dəstək göstərəcək, hər hansı razılaşdırılmış növbəti layihənin icrası ilə əlaqədar məktəblərin, yardımçı müəssisələrin və filialların öz vəzifələrini yerinə yetirməsini təmin edəcək və “Müqayisəli tədqiqat” layihəsi üçün zəruri olan texniki dəstəyi verəcəkdir.
CAE DİM-ə şagirdləri ingilis dili imtahanlarına hazırlayan Azərbaycan məktəblərinə CAE tərəfindən “İngilis dili üzrə Kembric rəsmi hazırlıq mərkəzi” statusunun verilməsi, məktəblərin təhsil alan şagirdlərinin nəticələrini birbaşa əldə etmək üçün fərdi onlayn platforma ilə təmin olunması, Kembric Universitetinin nəşriyyatı tərəfindən dərc olunmuş ən münasib hazırlıq materialları haqqında tövsiyələr verilməsi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına dəstək göstərmək məqsədilə onların pulsuz resurslarla təmin olunması, namizədlərin qəbul imtahanlarına hazırlaşmaları üçün pulsuz resurslarla təmini üzrə dəstək göstərəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

