Ədliyyə Nazirliyində Xalq rəssamı Tahir Salahov ilə görüş
04.10.2019 [09:26]
SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxildir. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizdə və onun hüdudlarından uzaqlarda böyük şöhrət qazandırıb.
Dahi fırça ustasının anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər, o cümlədən şəxsi kolleksiyasından və digər ekspozisiyalardan ibarət təşkil edilmiş rəsm sərgisi xüsusilə yaddaqalan olub.
Ədliyyə Nazirliyi tərəfindən belə ziyalılarla, görkəmli mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ilə mütəmadi görüşlər keçirilir, onların iştirakı ilə tədbirlər təşkil olunur.
Bu günlərdə Xalq rəssamı Tahir Salahov Ədliyyə Nazirliyinin qonağı olub, böyük sənətkarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ədliyyə naziri Fikrət Məmmədov görkəmli rəssamı mehribanlıqla və səmimiyyətlə salamlayıb, onun zəngin yaradıcılığından, müasir təsviri incəsənətin inkişafında rolundan və dəyərli töhfələrindən bəhs edib, bir çox ölkələrin rəssamlıq akademiyalarının üzvü olan T.Salahovun mühüm xidmətlərinin daim yüksək qiymətləndirildiyini, çoxsaylı beynəlxalq mükafatlara və fəxri adlara, ölkəmizin ən ali təltiflərinə - “Heydər Əliyev” ordeninə, “Heydər Əliyev” mükafatına, “İstiqlal” və 1-ci dərəcəli “Əmək” ordenlərinə layiq görüldüyünü vurğulayıb.
Bildirilib ki, Tahir Salahovun 90 illik yubileyi ölkəmizdə geniş qeyd olunub. Bu münasibətlə təşkil olunmuş sərgidə dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı dahi rəssamın yaradıcılığına böyük ehtiramın və diqqətin təzahürü olub. Çoxsaylı ədliyyə işçilərinin də həmin möhtəşəm sərgi ilə tanışlığı unudulmaz zəngin təəssürat bağışlayıb.
Həmçinin Tahir Salahovun ecazkar və monumental səhnə tərtibatçılığı ilə bəstəkar Fikrət Əmirovun “Kreml baleti” teatrının bu il Bakıda təqdim etdiyi “Min bir gecə” baletinin böyük maraqla izlənildiyi bildirilib. Çoxsaylı məşhur əsərləri ilə yanaşı, rəssam tərəfindən bəstəkarın hələ 50 il əvvəl yaradılmış portreti heyranlıqla yada salınıb.
Nazir görkəmli rəssamın Ədliyyə Nazirliyi ilə sıx və isti münasibətlərini, müasir ədliyyənin rəmzlərinin təsvirlərinin hazırlanarkən verdiyi dəyərli töhfələri qeyd edib.
Dövlətimizin hər zaman incəsənətə və sənət adamlarına xüsusi qayğı ilə yanaşdığını söyləyən Xalq rəssamı Tahir Salahov Ümummilli Lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, səmimi və möhkəm dostluğundan danışıb, Ulu Öndərlə həm sovet dönəmində, həm də müstəqillik illərində çoxsaylı görüşlərini xatırladıb, müxtəlif illərdə çəkdiyi rəsmlərindən, xalça üzərindəki əsərlərindən söz açıb. Rəssam böyük ustalıqla yaratdığı dahi şəxsiyyət - Heydər Əliyevin portretinin reproduksiyasını Ədliyyə Nazirliyinə hədiyyə edib.
Nazirliyin rəhbər işçilərinin iştirak etdikləri tədbirdə ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə böyük sənətkara yubiley medalı, həmçinin onunla bağlı tarixi arxiv sənədləri xatirə kimi təqdim olunub.
Tahir Salahov, həmçinin Ədliyyə tarixi muzeyi ilə tanış olub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazaraq, xalqımızın rifahı naminə nazirliyin fəaliyyətində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

