Gəncədə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib
30.10.2019 [09:39]
Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə oktyabrın 29-da Gəncədə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda MSK üzvü Tofiq Həsənov, Komissiya Katibliyinin Hüquq şöbəsinin müdiri Rafiq Abbasov, həmçinin respublikanın ayrı-ayrı şəhər və rayonlarına aid 33 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert qrupu üzvü olmaqla, ümumilikdə 99 nəfər aşağı seçki komissiyası rəsmisi iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
Seminarı açan MSK üzvü Tofiq Həsənov “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, bu gündən etibarən MSK seçkilərlə bağlı müraciətlərə baxılmasına dair seminarlara başlayır. Məhz MSK uzun illər ərzində topladığı təcrübə əsasında seçki hüquqlarının daha səmərəli təmin olunması istiqamətində ardıcıl iş aparır. Bu sahədə Komissiya rəhbərliyi əsasən iki sahəyə daha ciddi diqqət ayırır: birincisi, əvvəlcədən seçki hüquqlarının pozulmasına yol verilməməsi, ikincisi isə əgər bu cür hallar baş verərsə, hüquqların pozulması ilə əlaqədar seçki subyektlərinin müraciətlərinə vaxtında, dəqiq, düzgün və obyektiv olaraq baxılması və sonda ədalətli qərar qəbul edilməsi.
MSK tərəfindən seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan 4 regional seminar nəzərdə tutulub. İlk olaraq bu cür seminarlara Gəncə şəhərindən başlanılıb. Seminarda seçki hüquqlarının pozulması ilə bağlı müraciət və şikayətlərə baxılarkən əsasən seçki komissiyalarının nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən başlıca olaraq hansı məqamlara diqqət ayrılması izah olunub. Bununla əlaqədar qanunvericiliyin əsasları, tələblər və prinsiplər dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin diqqətinə çatdırılıb.
MSK Katibliyi Hüquq şöbəsinin müdiri Rafiq Abbasov “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, ekspert qruplarının fəaliyyətinin əsasları” haqqında geniş təqdimatla çıxış edib.
Seminar iştirakçılarına seçkilərlə bağlı qanunvericiliyin əsasları, xüsusən Seçki Məcəlləsində əksini tapmış bir çox məsələlər, şikayət vermək hüququna malik subyektlər, şikayətin obyekti, forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayət verilmə müddəti, şikayətə dair qərar qəbul edilməsi müddəti, eləcə də müraciət və şikayətin qəbul olunmasından sonra növbəti prosedurlar ətraflı izah edilib.
Tədbirin sonunda seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər məsələlər əyani vəsaitlərlə praktiki şəkildə izah olunub. Seminarın praktiki hissəsində, həmçinin kazuslar üzrə müxtəlif şikayət və müraciət nümunələri nəzərdən keçirilib və aidiyyəti seçki komissiyalarının həmin şikayətlərə dair müvafiq qərarlarının qəbul edilməsi məsələlərinə baxılıb.
Sonda mövzular ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd etmək lazımdır ki, irimiqyaslı maarifləndirmə layihəsi kimi oktyabrın 29-da Gəncədə başlayan regional seminarlar Şəki, Masallı və sonda Bakı şəhərində keçirilməklə noyabrın 4-dək davam edəcək və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərini əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

