Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Üçrəngli bayrağın kölgəsində mən” aksiyası ictimaiyyətin böyük marağına səbəb olub

“Üçrəngli bayrağın kölgəsində mən” aksiyası ictimaiyyətin böyük marağına səbəb olub

04.11.2019 [14:15]

“İrəli” İctimai Birliyinin (İB) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə həyata keçirdiyi “Üçrəngli bayrağın kölgəsində mən” aksiyası ictimaiyyətin böyük marağına səbəb olub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Mirhəsən Seyidov aksiyanın böyük maraqla qarşılanmasından məmnunluğunu bildirib. O deyib ki, dövlətimizin başçısı daim çıxışlarında gənclərimizin vətənpərvər ruhda yetişməsinin vacibliyini vurğulayıb. Milli atributumuz olan Azərbaycan bayrağının və milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan M.Seyidov deyib: “Bu gün Azərbaycan gənci müasir texnologiyalardan və vasitələrdən düzgün yararlanmalı, informasiya müharibəsində rəqəmsal platformanın və texnologiyanın imkanlarından geniş istifadə etməlidir. Biz də “İrəli” komandası olaraq, “Üçrəngli bayrağın kölgəsində mən” aksiyasına başladıq. Əsas məqsəd yerli və xarici platformalarda çıxış edən gəncləri şanlı Azərbaycan bayrağının altında toplaşmağa səsləməkdir”.

M.Seyidov diqqətə çatdırıb ki, artıq altı gündür reallaşdırılan aksiyaya Azərbaycanın regionlardakı gənclər və idman idarələri, gənclər təşkilatları, Gənclər evləri və mərkəzləri, peşə təhsili müəssisələri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Olimpiya İdman kompleksləri, “İrəli” İctimai Birliyinin gəncləri və fəal üzvləri, müxtəlif idman federasiyaları, mətbuat orqanları, ali təhsil müəssisələri, özəl və dövlət qurumları və nazirliklər qoşulublar.

“İrəli” İctimai Birliyi aksiyaya qoşulmaq istəyənlərə müraciət edərək bildirir: “Siz də evinizin eyvanına dövlət bayrağımızı asaraq bizə qoşulun! Şanlı bayrağımızın şəkillərini şəxsi profillərinizdə #bayraqmenliyimdir həştəqi ilə paylaşmağı və səhifəmizin mesaj qutusuna göndərməyi unutmayın!”.

Xatırladaq ki, “İrəli” İctimai Birliyi ənənəvi olaraq əlamətdar günlərdə müxtəlif tədbirlər təşkil edir.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31