Şura “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan edib
05.11.2019 [12:39]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan edib. Bu barədə verilən məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri və araşdırmaçıları müsabiqədə iştirak etməyə dəvət edir.
Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:
1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları.
2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması.
3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.
Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq:
1-ci yer – 1200 (min iki yüz) manat
2-ci yer- 800 (səkkiz yüz) manat
3-cü yer – 500 (beş yüz) manat
Müsabiqənin şərtləri:
Yazıların həcmi 1 səhifə (A3) (Times New Roman şriftində (12), 9-11 min işarə) olmalıdır;
• Yazılar çap və onlayn mediada dərc edilməli və “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazıldığı qeyd olunmalıdır;
• Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır;
• Yazılar Azərbaycan dilində yayımlanmalıdır;
• Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.
Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr - 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır.
5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.
15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.
Əlavə məlumatlar:
Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetdən 2 nüsxə Şuranın Bakı şəhəri, Fikrət Əmirov küçəsi,1 ünvanında yerləşən ofisinə təqdim olunmalı, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq ebagirli@cssn.gov.az. e-poçtuna göndərilməlidir. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şura Katibliyinin əməkdaşları Elməddin Behbud və Elnur Bağırlıya müraciət edilə bilər. Tel/faks: (012) 493 17 32/80 (daxili 110/501).
Qeyd: Müsabiqəyə aid təşkilati və texniki məsələləri həll etmək üçün QHT-lər 20 noyabr 2019-cu ilə kimi layihə təkliflərini e-qht.az saytında fəaliyyət göstərən e-ərizə proqramı vasitəsi ilə Şuranın qrant müsabiqəsinin tələblərinə uyğun olaraq təqdim etməyə dəvət olunurlar.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

