/ / Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
13.11.2019 [09:35]
Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (DQİDK) “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə nümayəndə heyətinin üzvlərinə ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə məlumat verən Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmaların fəaliyyətinin dəstəklənməsi, dövlət tərəfindən mütəmadi maddi yardımların ayrılması, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsində aydın şəkildə müşahidə etmək olar.
Eyni zamanda, Azərbaycan həqiqətləri, bir milyondan çox azərbaycanlının Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşməsi, işğal olunmuş ərazilərimizdə dini abidələrimizin vandalizmə məruz qalması kimi faktlara toxunan Komitə sədri görüş iştirakçılarının təmsil etdiyi Montana, Havay, Yuta ştatlarının Xocalı qətliamı, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarını yüksək qiymətləndirib. O, “Dünya dini liderlərinin II Bakı sammiti” kimi mötəbər tədbirlərdə bu cür tərkibdə nümayəndə heyətlərinin iştirakının qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Oreqon Ştat Senatının sədr müavini Laurel Sue Monnes Anderson ölkəmizdə dini etiqad azadlığının qanunla təsbit olunmasını müsbət hal kimi dəyərləndirib. Respublikamızdakı tolerantlıq mühiti barədə məlumatlı olduğunu söyləyən qonaq Oreqon Ştat Senatı və Nümayəndələr Palatasının 2016-cı ildə tarixində Azərbaycanın tolerantlıq ənənələrini təqdir edən bəyannamə qəbul etdiyini də diqqətə çatdırıb. Yuta Ştat Senatoru Vilyam Gene Davis isə bildirib ki, Azərbaycan bir dövlət olaraq multikulturalizm kimi humanist dəyərlərini dünyada təbliğ və öz nümunəsində layiqincə tətbiq edir.
Dövlət Komitəsinin sədri sonda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr olunmuş kitabları təqdim edib.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35

