“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16.11.2019 [09:57]
Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Nəsimi ili” çərçivəsində dahi şairin 650 illiyi münasibətilə reallaşan müsabiqə “Kaspi” qəzetinin layihəsi əsasında “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə təşkil edilib.
Tədbir çərçivəsində “Kaspi nəşrləri” seriyasından olan iki kitabın - redaktoru filologiya elmləri doktoru Sona Vəliyeva olan “Əbədiyyət günəşi” və müəllifi Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev olan “Nəsimi dünyası rənglərin işığında” adlı kitabların təqdimatı da keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə təntənəli şəkildə qeyd edildiyini deyən Ə.Amaşov bildirib ki, Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib.
“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bağlı görkəmli şairin 650 illiyi ölkə daxilində və ölkədən kənarda çoxsaylı tədbirlərlə qeyd edilib, Moskvada, Kiyevdə Nəsiminin abidəsi ucaldılıb. Həmçinin şairin xatirəsinə həsr edilən müxtəlif müsabiqələr təşkil olunub. Belə müsabiqələrdən biri də “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsidir. Bu müsabiqəyə 60 yazı göndərilib. Münsiflər heyəti tərəfindən üç yerin qalibi müəyyənləşib, səkkiz iştirakçı isə həvəsləndirici mükafata layiq görülüb”, - deyə Ə.Amaşov söyləyib.
“Kaspi nəşrləri” seriyasının rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi haqqında Sərəncamı Azərbaycanın dünyəvi, bəşəri ideyalarla yaşayan ölkə olduğunu bir daha sübut etdi. Çünki Nəsimi ideyaları ilə yaşamaq dünyanı vahid vətən kimi qəbul eləmək, göy üzünü böyük bir çətir sanmaq, yer üzünü hüdudsuz bir meydan hesab etmək deməkdir. S.Vəliyeva söyləyib ki, “Nəsimi ili” xalqımıza sarsılmaz Nəsimi ruhu aşılayır. Ənənəvi olaraq ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilir, ədibin yaradıcılığına həsr edilən müxtəlif təyinatlı müsabiqələr reallaşır. İmadəddin Nəsiminin 650 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamı ədiblə bağlı görülməkdə olan işlərin həyata keçirilməsi üçün uğurlu və məqsədyönlü addım olub.
“Nəsimi yaradıcılığına ən böyük, dürüst qiymət verənlərdən biri Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev olub. Ulu Öndər hər zaman işləri ilə örnək olur, klassiklərimizə qayğısını əməli müstəvidə göstərərdi. Məhz Ümummilli Liderimizin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə beynəlxalq müstəvidə qeyd olunub. Heydər Əliyevin tapşırığı ilə Nəsiminin Hələbdəki məzarı bərpa edilib, şairin portretini yaratmaq üçün beynəlxalq müsabiqə elan olunub, gözəl bir film ərsəyə gəlib. Dahi ədibin böyük miqyasda təbliği əsərlərinin dünya miqyasında çapı və ardıcıl tədqiqata cəlb olunması da Ulu Öndərin qayğısı nəticəsində reallaşıb. Bütün bunlar tariximizin, ədəbi-mədəni həyatımızın səhifələrində Ulu Öndərin çoxsaylı silinməz izlərindəndir”.
“Kaspi” Təhsil Şirkəti və “Kaspi” qəzetinin dəstək və təşəbbüsü ilə baş tutan “Əbədiyyət günəşi” müsabiqəsinin əhəmiyyətinə toxunan Sona Vəliyeva diqqətə çatdırıb ki, müsabiqə bu il Nəsimi yaradıcılığına həsr edilmiş ilk məqalə müsabiqə olub. O, müsabiqədə iştirak edən hər kəsə təşəkkür edib, qaliblərə uğurlar arzulayıb.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24

