Bakıda Beynəlxalq Onkoginekologiya Konfransı keçirilib
27.11.2019 [09:25]
Noyabrın 26-da Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) Beynəlxalq Onkoginekologiya Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Türkiyə, Rusiya və Polşadan olan onkoginekoloji xəstəliklər üzrə mütəxəssislər, həmçinin respublikamızın müxtəlif tibbi qurumlarının həkim və mütəxəssisləri iştirak ediblər.
Beynəlxalq konfransı giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açıb. O, Milli Onkologiya Mərkəzi və onun onkoginekologiya şöbəsində görülən işlər, müxtəlif elmi tədqiqat və praktik fəaliyyət sahəsində əldə edilən nailiyyətlər barədə iştirakçılara qısa məlumat verib, konfransın işinə uğurlar arzulayıb. Akademik Cəmil Əliyev onkologiya sahəsində beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafındaki yüksək səmərəli fəaliyyətlərinə görə Türkiyə Ginekologiya və Mamalıq Cəmiyyətinin prezidenti, İstanbul Mədəniyyət Universiteti ginekologiya və mamalıq şöbəsinin rəhbəri, professor Ateş Karatekə, Rusiya Federasiyası Genital Neoplagiya Assosiasiyasının vitse-prezidenti, professor, tibb elmləri doktoru, professor Svetlana Roqovskayaya, Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin nümayəndəsi, Polşanın Bialistok Tibb Universiteti ginekologiya və ginekoloji onkologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru Pavel Knappa, Türkiyənin Giresun Universiteti ginekologiya və mamalıq kafedrasının dosenti Məlahət Ataseverə təşəkkür diplomları təqdim edib.
Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənən konfransın açılışında ESGO-nun prezidenti, Bordonun Bergoniye İnstitutunun Xərçəng Mərkəzinin (Fransa) professoru Denis Querleu iştirakçılara video vasitəsilə müraciət edib, konfransın iştirakçılarına səmərəli iş arzulayıb.
Tədbirdə çıxış edən Rusiya Federasiyası Genital Neoplagiya Assosiasiyasının vitse-prezidenti, professor, tibb elmləri doktoru, professor Svetlana Roqovskaya Milli Onkologiya Mərkəzinin təkcə Azərbaycan əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisə olduğunu diqqətə çatdırıb. Svetlana Roqovskaya akademik Cəmil Əliyevə Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə beynəlxalq qurum adından təşəkkür diplomunu təqdim edib.
Öz çıxışlarında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova və Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova qeyd ediblər ki, hazırda bütün onkoloji xəstəliklərin, o cümlədən uşaqlıq boynu xərçənginin erkən aşkar edilməsi və müalicəsi müasir tibbin qarşısında duran əsas istiqamətlərdən biridir. Bildirilib ki, xərçəng xəstəliyi bəşəriyyətin böyük bəlasıdır və hər il dünyada 7 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. Diqqətə çatdırılıb ki, xərçəng xəstəliyi hər zaman aktual olub, bu gün də bu aktuallıq azalmayıb. Bu, elə bir xəstəlikdir ki, yaşından, milliyyətindən asılı olmayaraq hər kəsdə rast gəlinə bilər.
Uzun müddətdir ki, xərçəngdən əziyyət çəkən respublikanın Əməkdar artisti Tünzalə Əliyeva cərrahiyyə əməliyyatının uğurla keçdiyinə görə MOM-un baş direktoru, akademik Cəmil Əliyevə və əməliyyat edən həkimlərə təşəkkürünü bildirib.
Konfransda Türkiyə Ginekologiya və Mamalıq Cəmiyyətinin prezidenti, İstanbul Mədəniyyət Universiteti ginekologiya və mamalıq şöbəsinin rəhbəri, professor Ateş Karateke “Uşaqlıq boynu xərçənginin erkən mərhələsinin müalicə taktikası” mövzusunda, Rusiya Federasiyası Genital Neoplagiya Assosiasiyasının vitse-prezidenti, tibb elmləri doktoru, professor Svetlana Roqovskaya - “İnsan papilloma virusu: müasir yanaşma”, Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin nümayəndəsi, Polşanın Bialistok Tibb Universiteti ginekologiya və ginekoloji onkologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru Pavel Knapp - “Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin (ESGO) uşaqlıq boynu xərçənginin diaqnostika və müalicəsində təklif etdiyi standartlar”, Türkiyənin Giresun Universiteti ginekologiya və mamalıq kafedrasının dosenti Məlahət Atasever “Hamiləlik zamanı uşaqlıq boynu xərçənginə yanaşma”, Azərbaycan Milli Onkologiya Mərkəzinin onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyev “Milli Onkologiya Mərkəzində uşaqlıq boynu xərçənginin müalicə təcrübəsi” və digər mütəxəssislər onkoginekoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış ediblər.
Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 10 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, noyabrın 27-də Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” çərçivəsində mütəxəssislərin iştirakı ilə “Uşaqlıq boynu xərçənginin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda dəyirmi masa keçiriləcək, onkoginekologiya üzrə müxtəlif müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

