Bakıda Universitetlərarası Birinci Kitabxana Forumu keçirilir
29.11.2019 [09:37]
Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ikigünlük Universitetlərarası Birinci Kitabxana Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, respublikada ilk dəfə keçirilən bu tədbirdə Təhsil və Mədəniyyət nazirliklərinin nümayəndələri, ali məktəb rektorları, Milli Məclisin deputatları, aparıcı kitabxanaların rəhbərləri iştirak edirlər.
Forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş məqsədlərə nail olmaq baxımından kitabxanalar xüsusi əhəmiyyətə malikdir.
Rektor təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyini qeyd edib. Vurğulayıb ki, müasir universitet kitabxanasının inkişafı informasiya məkanında, təhsil sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin sürətinin artması ilə səciyyələnir. UNEC-də tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri 24/7 kitabxanasının yaradılmasıdır. Eyni vaxtda 104 tələbəyə xidmət göstərmək imkanı olan bu kitabxanada tələbələrin rahat və istənilən vaxt informasiya-bilik əldə etməsi üçün zəruri şərait mövcuddur. Bir ildir fəaliyyət göstərən kitabxana Azərbaycan, türk, ingilis və rus dillərində zəngin fonda, bir milyona yaxın elektron resursa çıxış imkanına malikdir. MDB məkanında Azərbaycanla yanaşı, bu tip kitabxanalara yalnız Rusiya və Ukraynada rast gəlmək mümkündür. Qafqaz universitetləri arasında isə ilk dəfə UNEC-də 24/7 rejimli kitabxana yaradılıb.
Rektor Ədalət Muradov çıxışında Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyasının təsis olunmasını, universitet kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsini və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanının yaradılmasını təklif edib. Eləcə də bildirib ki, universitet kitabxanaları arasında kitab mübadiləsi sisteminin qurulmasının vaxtı çatıb.
Tədbirdə Milli Məclisin deputatları Ziyad Səmədzadə, Fazil Mustafa və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov UNEC rektorunun təkliflərini, ümumiyyətlə, forumun təşkilini yüksək qiymətləndiriblər. Məruzəçilər cəmiyyətdə kitaba marağın, dəyərin artırılması üçün atılmalı olan addımlardan, bu işdə kitabxanaların üzərinə düşən məsuliyyətdən danışıblar.
Konfransdan sonra UNEC-in 1 nömrəli Oxu zalının açılışı olub. Forum çərçivəsində geniş kitab sərgisi və endirimli kitab satış-yarmarkası da təşkil edilib. Qonaqlara, həmçinin UNEC-in 24/7 kitabxanası ilə tanışlıq imkanı verilib. Tələbələr isə UNEC-in 24/7 kitabxanasının yaradılmasının 1 illiyinə həsr olunmuş fləşmob keçiriblər.
Tədbirdə ali təhsil müəssisələri kitabxanalarının XXI əsrdə qarşılaşdıqları əsas problemlər, perspektivlər və hədəflər ətrafında diskussiyalar aparılıb.
Forum zamanı UNEC Kitabxana İnformasiya Mərkəzi ilə ADA Universitetinin kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

