Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib
04.12.2019 [09:45]
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibətilə “Fərqliyik, bərabərik” uşaq festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, BMT-nin Uşaq Fondu və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilib.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, əlilliyi olan və olmayan uşaqların birgə fəaliyyətlərinin təbliğinə yönələn festival, eyni zamanda, onların istedad və qabiliyyətlərini üzə çıxarmaq, inklüziv cəmiyyətin yaradılmasında inklüziv təhsilin vacibliyini vurğulamaq məqsədi daşıyır.
Tədbirdə əvvəlcə “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun əlilliyi olan gənclərin həyat hekayələrindən və inklüziv təhsilin əhəmiyyətindən bəhs edən videoçarxı nümayiş etdirilib.
İştirakçılar, həmçinin ƏSA teatrının hazırladığı “Bərabərik!” inklüziv səhnəciyi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və “Danceability Azerbaijan” İnklüziv Rəqs Şirkətinin üzvlərinin müxtəlif rəqs nömrələrini izləyiblər. Bununla yanaşı, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin eşitmə və danışma əlilliyi olan uşaqlardan ibarət “Uşaq teatrı” və “Vokal” dərnəyinin üzvləri “Dostluq” mahnısını təqdim ediblər.
Festival çərçivəsində, həmçinin İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi, “Bumblebee Play/Preschool” Uşaq İnkişaf Mərkəzi, “Sevimli bala” Elm Mərkəzi, 1 və 3 saylı uşaq-gənclər inkişaf mərkəzləri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və Azərbaycan Stolüstü Tennis Federasiyası uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradıb. Eyni zamanda, BMT-nin İnkişaf Proqramının Avropa İttifaqının maliyyə dəstəyi ilə İçərişəhərdə yaratdığı İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi tərəfindən dulusçuluq və vitraj guşəsi təşkil olunub. Festival çərçivəsində əlilliyi olan və olmayan uşaqların iştirakı ilə müxtəlif əyləncəli və maarifləndirici proqramlar, əl işlərindən ibarət sərgi təqdim edilib.
Tədbirdə iştirak edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti jurnalistlərə açıqlamalarında əlilliyi olan uşaqların istedadının, potensialının üzə çıxmasında insanların davranışının və dəstəyinin vacib olduğunu deyiblər. Bildiriblər ki, həmin uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, onların qayğısına qaldıqda onlar daha böyük işlər görə bilərlər. Festivalda inklüziv cəmiyyətin formalaşması üçün əlilliyi olan uşaqların inklüziv təhsil almasına imkan yaradılmasının və əlil olmayan həmyaşıdları ilə birgə fəaliyyətinin vacibliyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25

