/ / “Könüllülər ili” çərçivəsində görüləcək işlər ölkəmizdə könüllülük fəaliyyətinin inkişafında mühüm rol oynayacaq
“Könüllülər ili” çərçivəsində görüləcək işlər ölkəmizdə könüllülük fəaliyyətinin inkişafında mühüm rol oynayacaq
16.01.2020 [09:33]
Ekspertlərin fikrincə, Azərbaycanda gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir
2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması həm könüllülük hərəkatına, həm də Azərbaycanda həyata keçirilən gənclər siyasətinə dəstək verilməsi kimi xarakterizə oluna bilər. Vurğulanmalıdır ki, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayan gənclərimiz vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, hər zaman yüksək fəallıqları və təşəbbüskarlıqları ilə seçilirlər. Ölkə gəncliyi müxtəlif sahələrdə, o cümlədən qanunverici, icraedici və məhkəmə orqanlarında, eləcə də özəl sektorda uğurla fəaliyyət göstərir, gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə olunur.
Azərbaycanda dövlət gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri də könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliği prosesi başlanıb. 2009-cu ildə isə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” qanun qəbul etməsi ölkəmizdə könüllülük fəaliyyətinin inkişafında mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusilə də, son zamanlar müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılması Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Məhz bunun nəticəsidir ki, 2020-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Könüllülər ili” elan edilib. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında bu məqamlara toxunaraq deyib: “...Xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov 2020-ci ilin “Könüllülər ili” elan olunmasını ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. K.Abbasov bildirib ki, ölkə Prezidentinin müvafiq Sərəncamında da vurğulanır ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Qeyd edilib ki, könüllülük ölkəmizdə artıq ümummilli hərəkata çevrilib və hər bir bölgəmizdə və həyatın müxtəlif sahələrində yayılaraq cəmiyyətin bütün təbəqələrini əhatə edir.
K.Abbasov əlavə edib ki, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında da gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir: “Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Bu manada, könüllülük hərəkatı da partiyamızın gənclərinin əsas fəaliyyət istiqamətlərindən biri kimi xarakterizə oluna bilər. Ölkəmizdə könüllülük institutunun formalaşmasında partiyamızın gənclərinin də mühüm xidməti olub. Bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gənclər məhz könüllülük fəaliyyəti ətrafında da birləşərək öz peşəkarlıqlarını və təcrübələrini artırırlar”.
YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Musayev də Prezident İlham Əliyevin ötən il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalamasının gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb. F.Musayev bildirib ki, Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Onun sözlərinə görə, bu gün dövlətçiliyə və milli maraqlara sadiq fəal gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verirlər: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərimiz üçün yeni fürsətlər yaradıb. Artıq gənclərimiz bu ümummilli hərəkatın sıralarında bir sıra sahələrdə təcrübə qazanacaqlar. Könüllülük fəaliyyəti birmənalı şəkildə gənclərin inkişafına, yeni kadr potensialının formalaşmasına xidmət göstərir. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət siyasəti gənclərimizin vətənpərvər ruhda və sağlam inkişafını təmin edir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16

