Fərhad Əliyev: Könüllülər idman yarışlarının ayrılmaz hissəsidir
22.01.2020 [10:05]
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) hər zaman təşkil etdiyi beynəlxalq və daxili yarışlarda könüllülərin köməyindən yararlanıb və bu proses bundan sonra da davam edəcək.
Bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratoru Fərhad Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
Baş katib bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı bu sahənin nə qədər önəmli olması faktını bir daha ortaya qoyur. Könüllülər idman yarışlarının ayrılmaz hissəsidir. Əminliklə deyə bilərəm ki, heç bir beynəlxalq yarış və tədbir onların iştirakı olmadan yüksək səviyyədə təşkil edilə bilməz. Könüllülük həm də vətənpərvərlik məktəbi, xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula 1 Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.
AzVİF-in baş katibi qeyd edib ki, “Tour d’Azerbaidjan” veloturları, 2018-ci ildə paytaxtımızda təşkil edilən BMX üzrə dünya çempionatı zamanı könüllülər paytaxtımıza gələn qonaqların qarşılanmasından tutmuş yola salınmasınadək bütün proseslərdə olduqca yüksək fəallıq göstərərək təşkilatı məsələlərdə federasiya əməkdaşlarına böyük dəstək veriblər: “Könüllülər təkcə böyük yarışlar zamanı deyil, həmçinin daxili yarışlarımızda da bizə dəstək olurlar. Bununla əlaqədar olaraq bütün könüllüləri federasiyamız adından “Könüllülər ili” münasibətilə təbrik edir və onlara hər zaman yanımızda olduqları üçün dərin təşəkkürümüzü bildirirəm”.
Xəbər lenti
Hamısına baxElm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31

