Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20.02.2020 [16:55]
Yevlax şəhərində Heydər Əliyev prospekti 10 ünvanındakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb. Bu barədə Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək düzüb, rayonun sosial-iqtisadi inkişafını əks etdirən videoslayda baxıblar.
Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında geniş məruzə ilə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ötən il ərzində görülən işlər barədə danışıb. Qeyd olunub ki, 2019-cu ildə Yevlax şəhərində 11 saylı Vergilər Departamentinin inzibati binası istifadəyə verilib, Aran qəsəbəsindəki Mədəniyyət evində və musiqi məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yevlax şəhərinin Şadlinski küçəsinin bir hissəsi əsaslı təmir edilib, 7 min kvadratmetr asfalt işləri görülüb. Pişəvəri küçəsinə 3635 kvadratmetr asfalt örtük salınıb, 564 poqonmetr səki daşları düzülüb. Heydər Əliyev, Nizami prospektlərində, Dəmir yolu meydanında işıqlandırma sistemi yenidən qurulub, Bakı-Ələt-Gürcüstan avtomobil yolunun şəhərin daxilindən keçən hissəsinin işıqlandırma sistemi bərpa edilib, transformator məntəqəsi quraşdırılıb. 20 Yanvar Abidə Kompleksi əsaslı təmir olunub. Tezliklə 31 Mart Soyqırımı abidəsi də təmir ediləcək.
Hazırda Yevlax şəhərində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Data Mərkəzinin, 45 mənzilli yaşayış binasının tikintisi aparılır, Yevlax-Zaqatala avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi yenidən qurulur. Yevlax şəhər 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur, beşmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilir, Dədə Qorqud parkı yenidən qurulur.
Yığıncaqda o da qeyd olunub ki, Yevlax şəhəri daha da inkişaf edəcək, gözəlləşəcək. Qarşıda duran əsas vəzifənin sakinlərin sosial problemlərinin həllinə yönəldilən tədbirlərin həyata keçirilməsi olduğunu bildirən şəhər icra hakimiyyətinin başçısı deyib: "Araşdırmalar nəticəsində müəyyən edilib ki, Yevlax şəhərində 35 ictimai yaşayış binasının dam örtüyünün əsaslı təmirinə ehtiyac var. Daha 15 yaşayış binasının dam örtüyü də qəzalı vəziyyətdədir. Bu binalar və onların dam örtükləri mərhələli şəkildə təmir ediləcək. Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi istiqamətində xeyli iş görülməlidir. Şəhərdəki mövcud istirahət parkları yenidən qurulacaq. Məqsədimiz Yevlaxdakı parkların böyük şəhərlər səviyyəsindən də üstün olmasına nail olmaqdır. Şəhərdaxili yollar, küçə və meydanlar da mərhələlərlə günün tələblərinə uyğun təmir ediləcək. Bu il Kamil Sabitov küçəsinin yenidən qurulması nəzərdə tutulur".
Məlumat verilib ki, Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədilə dövlət başçısının Sərəncamına əsasən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir. Rayonun 3 kəndində qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə, rayondakı 50 yaşayış məntəqəsinin hamısı təbii qazla təmin ediləcək.
Sonra çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

