/ / Qubadlı Rayon İcra Hakimiyyətində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclas keçirilib
Qubadlı Rayon İcra Hakimiyyətində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclas keçirilib
26.02.2020 [09:24]
Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclas keçirilib. Tədbirdə geniş məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, məcburi köçkün taleyi yaşayan Qubadlı rayonunda da ötən il ərzində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışılıb.
M.İsaqov vurğulayıb ki, rayonun 38 min 500 nəfər əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Bildirilib ki, st. Sumqayıt adlanan ərazidə və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi işi tam başa çatdırılıb. Yeni qəsəbələrin əsas kontingentini Qubadlı rayonundan olan məcburi köçkünlərin təşkil etdiyini deyən rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, bununla yanaşı, Qaradağ rayonunda yerləşən “Ümid” qəsəbəsində 19 ailə, Şirvan şəhərindəki şəhərcikdə 9 ailə, “Qobu Park” yaşayış kompleksində 22 ailə, Pirallahı rayonunda salınmış şəhərcikdə 9 ailə, Kürdəxanı qəsəbəsində salınmış yaşayış kompleksində isə 5 ailə evlə təmin olunub: “St. Sumqayıt adlanan ərazidəki şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qubadlı şəhər 4 saylı tam orta məktəbləri, Gigiyena və Epidemiologiya mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası, Mahruzlu kənd həkim məntəqəsi və rayon Rabitə qovşağının Poçt agentliyi, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində salınmış şəhərcikdə isə rayonun Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri və Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb. Bunun da nəticəsi olaraq 80-ə yaxın məcburi köçkün işlə təmin edilib. Bunlardan əlavə, Sumqayıt şəhəri 76-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı peşə liseyinin inzibati binasının tavan hissəsinə 600 kvadratmetr dam örtüyü döşənib, 40-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 2 beşmərtəbli binaya dam örtüyü vurulub, binanın həyətinə asfalt örtüyü döşənib. Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 17 saylı orta məktəbin yardımçı binasında qəzalı vəziyyətdə olan sanitar qovşağının çöl divarlarında beton-bərkitmə işləri aparılaraq istinad divarları tikilib. Sakinlərin çoxsaylı müraciətləri əsasında Sumqayıt şəhər “Yaşıldərə” yaşayış massivində, “Ceyranbatan bağları” yaşayış massivində, Sumqayıt şəhər “Beton zavod” adlanan ərazidə məcburi köçkünlər yaşayan ərazilərdə məhəlləarası yollara asfalt örtüyü döşənib”.
Bildirilib ki, hesabat dövründə rayonun ümumi gəlirlərinin proqnoz məbləği 2 milyon 515 min manat, yerli gəlirlər üzrə proqnoz məbləği isə 2 milyon 278 min manat olub. Yerli gəlirlərdən daxil olmaların icrası 2 milyon 278 min manat proqnoz rəqəminə qarşı 4 milyon 371 min 889 manat və ya 1,9 dəfə çox icra olunub ki, bu da nəzərdə tutulduğundan 2 milyon 93 min 889 manat artıq vəsaitin daxil olması deməkdir.
Məruzə ətrafında çıxış edən natiqlər 2019-cu ildə görülən işlərin qənaətbəxş olduğunu bildiriblər. Qeyd edilib ki, Qubadlı ictimaiyyəti hər zaman ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kursu dəstəkləyir və məcburi köçkünlərə göstərilən dövlət qayğısından razıdır.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

