/ / Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
28.02.2020 [09:42]
Fevralın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin daimi Şurasının (PMC) iclası baş tutub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov iclasda çıxış edərək İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun ilk iclasının 15 il əvvəl Azərbaycanda keçirildiyini bildirib: “Bu, bizim üçün sevindirici haldır. Bir neçə gün sonra isə Səudiyyə Ərəbistanında İslam dünyası könüllülərinin gənclər forumu keçiriləcək. Həmin tədbirin əsas məqsədi müsəlman dünyasının maraqlarının harmoniya və beynəlxalq sülh çərçivəsində müdafiəsi və qorunmasıdır. Əfsuslar olsun ki, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin könüllülər hərəkatı ilə bağlı dünyada kifayət qədər məlumat yoxdur. Əslində isə müsəlman aləmində qədimdən mövcud olan təmənnasız yaxşılıq edilməsi kimi ənənələr kölgədə qalmış könüllülük sayıla bilər. Onu da qeyd edim ki, ilk Avropa Oyunları və dördüncü İslam Həmrəyliyi Oyunlarına, ümumilikdə, 25 mindən çox könüllü qatılmışdı. 2016-cı ildən bu günə qədər isə hər il keçirilən “Formula 1” yarışında 3500-dən çox könüllü iştirak edir”.
Azad Rəhimov iclasın əsas məqsədinin hesabatların dinlənilməsinin və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair perspektivlərin müzakirəsi olduğunu vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası çıxışlarla davam edib.
Qeyd edək ki, Daimi Şurada Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı Krallığı, Fələstin, İraq, İran və Seneqalın gənclər və idman nazirləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərləri təmsil olunur.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

