Dövlət Miqrasiya Xidməti pandemiya dövründə də əcnəbilərin məmnunluğunu diqqətdə saxlayıb
21.05.2020 [10:59]
Bütün dünyada hökm sürən pandemiya miqrasiya sahəsinə də təsirsiz ötüşməyib. Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tərkibində Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin də təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya məsələləri də diqqətdə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mayın 20-də “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında məlumat verib.
Xidmət rəisi xüsusi karantin rejimi dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə DMX tərəfindən bir sıra xidmətlərin yalnız elektron qaydada həyata keçirildiyini vurğulayıb. Bildirib ki, bu müddətdə sənəd qəbulu optimallaşdırılıb və icazə proseduru sadələşdirilib.
Vurğulanıb ki, ölkə ərazisində olan və məlum səbəblərdən Azərbaycanı tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb. Ölkədə olma müddəti bitən əcnəbilərin icazələri müraciət etmədən uzadılıb. Dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra həmin əcnəbilər qısa müddət ərzində ölkəni tərk edə biləcəklər.
Onlayn konfrans zamanı Vüsal Hüseynov dövlət-vətəndaş əlaqələrinin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsinin və elektron xidmətlərə sərbəst çıxışın təmin olunmasının günün reallığı olduğunu qeyd edib. Vurğulayıb ki, bununla bağlı Xidmət tərəfindən pandemiya dövründən əvvəl də elektron xidmətlərin geniş tətbiqi, onların keyfiyyətinin artırılması ilə bağlı zəruri tədbirlər görülürdü. Bu gün Xidmət tərəfindən bu işlər daha da sürətləndirilib. Görülən işlərin nəticəsidir ki, xüsusi karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb. Belə ki, bu ilin martından mayın 15-dək DMX-nin müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron xidmətlərdən 6691 nəfər yararlanıb. Bu da ötən illə müqayisədə 24 dəfə çoxdur.
V.Hüseynov diqqətə çatdırıb ki, karantin müddətində DMX-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Mart ayından mayın 15-dək Çağrı Mərkəzinə 92 min 967 zəng daxil olub. Qəbul edilən zənglərin 36 min 337-si müvəqqəti olma müddətinin uzadılması, 24 min 624-ü müvəqqəti yaşama, 2701-i iş, 2006-sı daimi yaşama icazələri, 1067-si inzibati xəta, 1444-ü vətəndaşlıq məsələləri, 4408-i olduğu yer üzrə qeydiyyat, 20 min 380-ni isə digər məsələlərlə bağlı olub. Bu da ötən illə müqayisədə təqribən dörd dəfə çoxdur. Xidmət rəisi Çağrı Mərkəzinə daxil olan müraciətlərin hər birinin diqqətdə saxlanıldığını və operativ şəkildə cavablandırıldığını bildirib. Bir daha əcnəbilərə istənilən məsələ ilə bağlı (012) 919 - Çağrı Mərkəzinə zəng edə bilmələrini xatırladıb.
DMX maarifləndirmə tədbirlərini də davam etdirib. Bütün zəruri məlumatlar həm Xidmətin internet saytı, “Facebook” və “Twitter” sosial hesabları, həm də (012) 919 - Çağrı Mərkəzi vasitəsilə əcnəbilərə çatdırılıb.
Bundan başqa, “Miqrasiya Könüllüsü” İctimai Birliyi Azərbaycanda sığınacaq almış, qaçqın statusu ilə yaşayan aztəminatlı əcnəbi ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə dəstək məqsədilə xeyriyyə aksiyası təşkil edib.
Xidmət rəisi pandemiya dövründə görülən işlərlə yanaşı, DMX-nin nailiyyətlərindən danışıb. Bildirib ki, ölkəmizin milli və regional səviyyədə miqrasiyanın idarəedilməsi sahəsində əldə etdiyi uğurlardan biri ölkəmizin Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilməsi olub. Eyni zamanda, Xidmət tərəfindən beynəlxalq və yerli təşkilatlarla günün tələblərinə uyğun bir sıra onlayn videokonfransların təşkil olunduğu barədə məlumat verib.
Sonda Vüsal Hüseynov jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

