Virusdan qorunmaq üçün tibbi maskadan istifadə olunması zəruridir
09.06.2020 [08:56]
Prezident İlham Əliyevin bu günlərdə regionlara səfəri zamanı tibbi maskadan istifadə etməsi çox yaxşı nümunədir
Təəssüf doğuran haldır ki, respublikamızda karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edilir. Bunun səbəbi isə insanlar arasında bir arxayınlıq yaranması, bəzi vətəndaşların sanitar-epidemioloji qaydalara məhəl qoymamaları, qoruyucu vasitələrdən istifadə etməmələri, o cümlədən də tibbi maska taxmamaları ilə bağlıdır.
Pandemiya şəraitində özünü və yaxınlarını təhlükəli virusdan qorumağın ən effektiv üsulu maska taxmaqdır. Maska taxmağın zəruriliyini əsaslandıran mütəxəssislər bunu şərtləndirən əsas amil kimi, təhlükəli virusun xarakterini və yoluxma xüsusiyyətlərini göstərirlər. COVİD-19 adi qriplə müqayisədə daha sürətlə yayılır. Bu virus resiptor xarakterlidir və ilk növbədə, xəstəlik daşıyıcıları olan insanlarla təmaslar zamanı hava-damcı yolu ilə keçir. Xəstəliyin erkən mərhələsində bəzi insanlar COVİD-19 daşıyıcısı olduqlarını bilmirlər. Belə insanlar ictimai yerlərdə, mağazalarda, xidmət məkanlarında yaxın məsafədə dayandıqları şəxslərlə söhbət edərkən və yaxud asqırıb-öskürərkən ətrafa virus yayırlar. Bu zaman tibbi maska həm COVİD-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də onlarla təmasda olan, yaxın məsafədə dayanan insanların burun, ağız və müəyyən dərəcədə də üz nayihələrinə virus düşməsinə imkan vermir. Mütəxəssislərin qənaətinə görə, maska taxmaq virusa yoluxma riskini 90 faizədək azaldır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da yaydığı açıqlamalarda pandemiyaya qarşı mübarizədə insanlara maska taxmağı müntəzəm qaydada tövsiyə edir. O cümlədən əksər Avropa ölkələrində ictimai yerlərdə maska taxmayan insanlara qarşı sərt cəza tədbirləri görülür. Yeri gəlmişkən, COVİD-19-a yoluxma hallarının artması nəzərə alınaraq ölkəmizdə də tibbi maska taxmayanlara qarşı cərimələrin tətbiqinə başlanılıb. Artıq Milli Məclisin İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklər olunması haqqında qəbul etdiyi Qanun təsdiqlənərək qüvvəyə minib.
Tibbi maska taxmayanlara qarşı inzibati qaydada cəza tədbirlərinin görülməsi öz yerində. Burada əsas məqamlardan biri vətəndaşların bu məsələyə şürlu yanaşma ortaya qoymalarındadır. Bu baxımdan Prezident İlham Əliyevin tibbi maskadan istifadə etməsi cəmiyyətə yaxşı bir nümunədir. Ümumiyyətlə, biz görürük ki, Azərbaycanın dövlət başçısı pandemiya ilə mübarizədə ardıcıl və çox həssas yanaşma sərgiləyir. Prezident İlham Əliyev pandemiya dövründə videokonfrans formatında keçirilən müxtəlif tədbirlərdə dəfələrlə birmənalı şəkildə bəyan edib ki, indiki çətin dövrdə ölkəmizin gündəliyində duran əsas məsələ vətəndaşların sağlamlığının qorunmasıdır. Təsadüfi deyildir ki, ölkəmizdə COVİD-19-a ilk yoluxma faktı qeydə alınandan etibarən insanların həyatını qorumaq üçün genişmiqyaslı səhiyyə tədbirləri görülür. Ölkədə sərt karantin rejimi dövründə həyata keçirilən bu kimi tədbirlər öz müsbət nəticəsini verib. Belə ki, respublikamızda dövlət başçısının rəhbərliyi ilə görülən qabaqlayıcı tədbirlərin məntiqi nəticəsi olaraq virusa yoluxanlarla sağalanların statistikasında müsbət dinamikaya nail olunmuşdu. Yeri gəlmişkən, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında pandemiya qarşı mübarizə çərçivəsində görülən qabaqlayıcı tədbirlər bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bunu vətəndaşların dövlət başçımızın ünvanına göndərdikləri məktublar da təsdiqləyir. Həmin məktublarda insanlar onların həyatlarının qorunması, sosial müdafiələrinin təmin olunması məqsədilə reallaşdırılan kompleks tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Budur, Prezident İlham Əliyev karantin rejiminin yumşaldılması şəraitində respublikamızda virusa yoluxma hallarının artmasına da həssas yanaşma sərgiləyib. Məlum olduğu kimi, dövlət başçımız bu günlərdə respublikamızın cəbhə bölgəsində yerləşən Tərtər, Ağcabədi rayonlarında səfərdə olub. Həmin səfərlər zamanı bir sıra mühüm tədbirlərə qatılan Prezident İlham Əliyev tibbi maska taxıb. Dövlət başçısı yenə də mühüm şəxsi nümunə göstərib. İndiyədək ictimai yerlərdə maska taxmayan, bunu, bəlkə də, özləri üçün qəbuledilməz sayan insanlar dövlət başçısının sadə, yerinə düşən, həm də çox zəruri olan davranışından özləri üçün nəticə çıxarmalıdırlar.
Onu da vurğulayaq ki, respublikamızda dövlət başçımızın səyləri ilə qısa müddətdə tibbi maska istehsalı qaydaya salınıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıtda tibbi maska və digər qoruyucu vasitələr buraxan müəssisələrin açılışına qatılıblar. Apteklərdə tibbi maskalar satılır və təchizatda heç bir qıtlıq müşahidə edilmir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46

