SOCAR AQŞ Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edib
17.06.2020 [09:09]
SOCAR AQŞ-nin təşəbbüsü və iştirakçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarını salamlayan SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev bugünkü tədbir iştirakçılarından bir çoxlarının müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin və xalqımızın yaşadığı faciələrin canlı şahidi olduqlarını deyib: “Belə bir zamanda, məhz Ulu Öndər Heydər Əliyevin xalqın dəvəti ilə Naxçıvan Muxtar Respublikasından Bakıya qayıdışı ölkəmizdə hökm sürən özbaşınalığın aradan qaldırılmasına və ictimai-siyasi sabitliyin təmin olunmasına ciddi zəmin yaratdı. Qısa müddət ərzində ölkədə köklü islahatlar həyata keçirildi, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasında misli görünməmiş fədakarlıq etdi”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlametlərarası komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı rəsmi nümayəndə heyətinin başçısı, professor Səməd Seyidov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi arenaya yenidən qayıdışı 1988-ci ildən etibarən faciələr və ağır itkilərlə üzləşən xalqın ümid çırağına çevrildi: “Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərə nəzər saldıqda şahid oluruq ki, onun bütün fəaliyyəti Azərbaycan naminə qurtuluşa həsr edilib. Milli və mədəni kimliyimizin qorunması, milli hərbi kadrların yetişdirilməsi istiqamətində Ə.Naxçıvanski adına hərbi məktəbin yaradılması, istedadlı gənclərin ali təhsil üçün ittifaqın digər respublikalarına göndərilməsi əslində müstəqilliyimizə gedən yolun başlanğıcı idi. 1993-cü ildə hakimiyyətlə gəlməklə Ulu Öndər Heydər Əliyev 10 il ərzində 100 ilə bərabər işləri həyata keçirə bildi. “Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş 1998-ci ildə Avropa Şurasında Azərbaycan bayrağının dalğalanmasına kimi qət edilən yol məhz onun müəllifi olduğu yol xəritəsinin dividentləri idi. Gənc nəslə tövsiyəm budur ki, min bir məşəqqət hesabına qoruyub saxladığımız dövlətçiliyimizi öz bilik və bacarıqlarını milli kimlikləri ilə sıx birləşdirərək Azərbaycanı qorumağı bacarsınlar, təəssübkeş olsunlar”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, tarix elmləri namizədi Məlahət İbrahimqızı Ulu Öndərin milli kontekstdə o cümlədən, bölgənin təhlükəsizliyində oynadığı misilsiz roldan geniş söhbət açıb: “Ulu Öndər Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını almaqla həm də Azərbaycanın siyasi xəritədən silinməsinə əngəl oldu. Hərtərəfli tənəzzülə məruz qalmış dövlətə sahib çıxmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev qonşu Gürcüstanda eks-prezident Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə doğma yurdlarından didərgin salınan həmvətənlərimizin qayğıları ilə də məşğul olmağa başladı. Onun uzaqgörən siyasəti sayəsində tezliklə bu problemlər öz həllini tapdı, insanlarda öz dövlətinə, onun liderinə inam yarandı. Qonşu dövlətlər də daxil olmaqla bölgənin aparıcı siyasi qüvvələri Ulu Öndər Heydər Əliyevin timsalında Azərbaycanla hesablaşmalı oldular”.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib: “Ulu Öndərin fəaliyyətini əsas iki missiya üzərində cəmləşdirmək olar: xilaskar və quruculuq missiyası. Ümummilli Lider Heydər Əliyev iqtisadi, siyasi və hərbi cəhətdən çox zəifləmiş bir dövlətə sahib çıxaraq onu dünyanın inkişaf etməkdə olan dövlətləri səviyyəsinə qədər yüksəldə bildi. 1993-1994-cü illərdə milli qanunvericilik bazamız çox zəif idi, dövlət xəzinəsi isə tamam boşalmışdı. Belə bir vəziyyətdə beynəlxalq arenada nəhəng siyasi və iqtisadi güclərin qarşısında Ulu Öndər Heydər Əliyev öz şəxsiyyəti və liderliyi ilə etimad qazanaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu müqavilənin Azərbaycan xalqının həyatındakı dəyəri gündən-günə artmaqdadır”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva deyib: “27 il əvvəl respublikamızda baş verən o qanlı hadisələr bizə öz dövlətimiz və onun lideri ətrafında sıx birləşməyi öyrətdi. Ulu Öndər Heydər Əliyevin tərtib etdiyi çərçivə planları sayəsində Azərbaycan Respublikası 200 illik dövlətçilik ənənəsinə malik, demokratik dəyərlərin beşiyi hesab edilən Böyük dövlətlərin qət etdiyi yolu cəmi 10 il ərzində gerçəkləşdirə bildi”.
“İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə panel müzakirəsində Ulu Öndərin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ideyaların vahid Azərbaycan naminə hesablanmış olduğunu vurğulayıb: “O dövrdə Xalq Cümhuriyyətindən bizə miras qalan üçrəngli bayrağın yenidən dalğalanmasına təkan verdi. Ulu Öndər Heydər Əliyev Türkiyə Respublikasından 100 milyon ABŞ dolları məbləğində kreditin alınması ilə Naxçıvanın iqtisadi blokada vəziyyətindən çıxara bildi, daha sonra isə iki respublika arasında “Ümid” körpüsünün salınmasına nail oldu. Aparılan uğurlu danışıqlar sayəsində Türkiyə və İran İslam Respublikası ilə iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf etdirildi”.
Tədbirin sonunda SOCAR AQŞ-nin baş direktoru R.İsayev bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışarkən hər bir azərbaycanlıda fəxarət hissi oyadıb: “Böyük azərbaycanlının xoş sədası dünyanın müxtəlif siyasi mərkəzlərinə qədər gedib çatmışdı. Onun fitri istedadı, böyük liderlik keyfiyyətləri günü bu gün də qlobal səviyyədə nəhəng siyasətçilər tərəfindən tanınır və qəbul edilir. O, xalqımızın ən çətin anlarında vətəndaş təəssübkeşliyini və siyasi iradəsini ortaya qoyaraq xalqına və dövlətinə sahib çıxmışdır. Onun həyatı məhz güclü, müstəqil və çağdaş Azərbaycan Respublikasının təşəkkül tapmasına həsr olunmuşdur. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutaraq onun memarı olduğu müasir Azərbaycan Respublikasının daha da güclənməsi üçün həmrəylik nümayiş etdirməkdədir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59

