Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naftalanda COVİD-19-a qarşı kompleks tədbirlər davam etdirilir

Naftalanda COVİD-19-a qarşı kompleks tədbirlər davam etdirilir

29.07.2020 [12:38]

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması hallarının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Bu barədə verilən məlumatda deyilir ki, həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də davam etdirilir. 

Sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər əhalinin görə biləcəyi məkanlarda - yaşayış binalarının girişində, liftlərdə, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilib. Həmçinin YAP Naftalan şəhər təşkilatının gənc fəalları və könüllülər tərəfindən Bank, poçt, ATM, ödəniş terminalları, ticarət, ictimai-iaşə obyektlərinin və digər əhalinin sıx olduğu  yerlərin qarşısında şəhər sakinləri arasında sosial məsafənin gözlənilməsini təmin etmək məqsədi ilə “sosial məsafəni qoruyun” nişanları yenilənərək vurulub.

Vətəndaşlar üçün bankomat və ödəniş terminallarından istifadə etdikdən öncə və sonra əllərini dezinfeksiya etmələri üçün həmin yerlərdə dezinfeksiyaedici məhlullar yerləşdirilib.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31