/ / Xüsusi karantin rejiminin tədricən yumşaldılması ölkəmizin COVİD-19-un yeni dalğasından qorunmasına hesablanıb
Xüsusi karantin rejiminin tədricən yumşaldılması ölkəmizin COVİD-19-un yeni dalğasından qorunmasına hesablanıb
08.08.2020 [00:49]
Ekspertlərin fikrincə, Azərbaycanda görülən tədbirlərin əsas məqsədi son aylar pandemiya ilə mübarizədə əldə olunmuş müsbət dinamikanı qoruyub saxlamaqdır
Bəşəriyyət müəyyən müddətdir ki, yeni növ koronavirus (COVID-19) infeksiyasından əziyyət çəkir. Bu günlərdə yayılan məlumatlara əsasən, artıq dünyada pandemiyanın yeni dalğası başlayıb. Son statistik göstəricilərə görə, koronavirusun ikinci dalğası artıq Avropanı ciddi şəkildə narahat etməkdədir. Azərbaycan dövləti isə bütün zəruri resursları səfərbər edərək müvafiq tədbirlərin görülməsini davam etdirir. Lakin ekspertlərin qənaətinə görə, COVİD-19-la mübarizənin səmərəli olması üçün dövlətin gördüyü işlərlə yanaşı, vətəndaşlar da tətbiq olunan müvafiq qaydalara əməl etməlidirlər.
Məsələyə münasibət bidirən Milli Məclisin deputatı Kamran Bayramov deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı və xarici ölkələrin müvafiq qurumları yaxın aylarda pandemiyanın ikinci dalğasının baş verməsi ehtimalını olduqca yüksək qiymətləndirirlər: “Məsələn, Böyük Britaniya tədqiqatçıları xəbərdarlıq ediblər ki, daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. Almaniyada pandemiyanın ikinci dalğasının başlandığı elan edilib və bildirilir ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır. Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura isə bəyan edib ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. Öz növbəsində Estoniyada Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb və hökumət yenidən koronavirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub”.
Deputatın sözlərinə görə, Avropa ölkələrində olduğu kimi, qonşu Rusiya və Türkiyədə də yaxın aylarda pandemiya təhlükəsinin sovuşmayacağı barədə proqnozlar verilir və qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq addımlar atılır: “Belə ki, Rusiya paytaxtının meri S.Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib və xəbərdarlıq edib ki, paytaxt sakinləri maskadan istifadə, sosial məsafəni saxlama, gigiyena qaydaları kimi tələblərə əməl etməlidirlər. Türkiyədə isə avqustun 7-də koronavirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar olacaq. İctimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar nəzərdə tutulub”.
Milli Məclisin üzvü Müşfiq Cəfərov isə deyib ki, pandemiya ilə bağlı dünya ölkələrindəki mövcud vəziyyət “nəyə görə hansısa ölkədə məhdudiyyətlər aradan qaldırılıb, Azərbaycanda isə sərt karantin rejimidir?” sualına cavabdır: “Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 150-dən aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Buna görə də hazırda Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, açılmalar tədricən tətbiq olunur”.
Deputat deyib ki, pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. “İkinci dalğa təhlükəsinin real olduğu bir şəraitdə Azərbaycanda görülən tədbirlərin əsas məqsədi son aylar pandemiya ilə mübarizədə əldə olunmuş müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalı, karantin şərtlərinin yumşaldılması təhlükənin artıq sovuşduğu anlamına gəlməməlidir”.
“Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Bir reallığı hamımız bilməliyik ki, əgər əldə olunmuş müsbət dinamika itiriləcəyi və koronavirusa yoluxmanın miqyası genişlənəcəyi təqdirdə, yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq”, - deyə M.Cəfərov bildirib.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

