Qəlblərdə əbədi yaşayan şəhidlər... Tovuzun Əyyublu kəndindən reportaj
12.08.2020 [08:57]
Şəhidlər bizim fəxrimiz, onların uyuduğu Vətən torpağı isə and yerimizdir. İllər keçsə də, nəsillər bir-birini əvəz etsə də qəhrəmanlıqları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq. Onların əziz xatirəsi daim qəlbimizdədir. Demək olar ki, hər rayonda, hər kənddə şəhidlərimizin xatirəsinə bir abidə, bir xiyaban var. Söhbət açacağımız belə məkanlardan biri də Tovuzun Əyyublu kəndidir. Düşmən təxribatlarından bir ay keçməsinə baxmayaraq, tez bir müddətdə bu kənddə şəhidlər üçün abidə qoyulub. Abidəyə həkk olunan “Şəhidlər ölməz, Vətən bölünməz” sözləri isə hər bir tovuzlunun qürurla səsləndirdiyi ifadəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunun ən böyük kəndi olan Əyyubludakı xiyaban indi insanların tez-tez ziyarət etdiyi məkanlardan birinə çevrilib.
İyul şəhidlərimizin əzəmətli fotoları parkın girəcəyinə yerləşdirilib. Kənd ağsaqqalı, ziyalı 89 yaşlı İsa Cavadoğlu düşmənin iyul təxribatı günlərini xatırlayaraq deyib ki, indiyədək insanlarda belə yüksək əhval-ruhiyyənin şahidi olmamışdı. Vətənə bağlılıq, ordu-xalq birliyi insanları bir amal ətrafında cəmləmişdir. “Yaşlı nəsildən tutmuş yeniyetmələrə qədər hamı döyüşə getməyə can atırdı. Xalq öz ordusuna güvənir, onun arxasında elə dayanmışdı ki, bunu sözlə təsəvvür edə bilmirəm”, - deyə Tovuz ziyalısı əlavə edib.
Əyyublu kənd sakini, tarix müəllimi Alim Sarıyev bildirib ki, Azərbaycanın qədim dövlətçilik ənənələri var. Bu, özünü bir daha Tovuz döyüşlərində də göstərdi. Xalqımızın döyüş ruhu yüksək səviyyədədir. Ordumuz bir daha sübut etdi ki, torpaqlarımızı azad etməyə hər an hazırdır. Döyüşlərin getdiyi ərəfədə qonşu dövlətlərdən, qardaş Türkiyədən, Pakistandan və başqalarından gördüyümüz mənəvi dəstək də bizi hədsiz sevindirdi.
Ərazidə aparılan yenidənqurma işləri yerli sakinlərin də ürəyincə olub. Sakinlərlə söhbət zamanı onların ümumi fikri bu oldu ki, ordumuzun müasir silahları, texnikaları, peşəkar heyəti iyul təxribatı zamanı düşməni qorxuya salıb. Düşmən indi 30 il əvvəlki ordu ilə üz-üzə dayanmadığını çox yaxşı anlayır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54

