Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in Direktorlar Şurasının iclasında iştirak edib
16.09.2020 [09:36]
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID ) Direktorlar Şurasının iclasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının pandemiya dövründə keçirilmiş iki onlayn tədbirdən sonra ilk dəfə toplantıya Vyanadan - KAICIID-in mənzil-qərargahından qatılan QMİ sədri A.Paşazadə iclasa sədrlik edən Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuellə birgə Şuranın digər üzvləri ilə videokonfransda iştirak edib.
Tədbirdə çıxış edən QMİ sədri KAICIID-in Baş katibi Feysal bin Muammara və Direktorlar Şurasının üzvlərinə Azərbaycan və Qafqaz müsəlmanlarının salamlarını, dövlət başçımızın xeyir-dualarını çatdırıb.
Videokonfransın gedişində pandemiya səbəbindən əvvəldən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyi vurğulanıb. İclasda bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi və KAICIID-in inkişaf strategiyası ilə bağlı müzakirələr aparılıb, qurumun idarəçiliyində struktur dəyişiklikləri edilib. Toplantının proqramına, həmçinin dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya, həmçinin G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi əhəmiyyətli məsələlər daxil idi. Beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrin müzakirəsi baxımından BMT ilə əməkdaşlıq formatı xüsusi müzakirə edildi. BMT agentlikləri ilə əməkdaşlığa dair prioritetlərin Şura üçün olduqca mühüm olması, ümumi işin mənafeyinə xidmət etməsi səbəbindən bu istiqamətdə işlərin daha böyük səylə davam və inkişaf etdirilməsinin zəruriliyi vurğulandı.
Şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) KAICIID Dialoq Mərkəzi ilə müştərək fəaliyyət istiqamətlərinin perspektivləri barədə Şura üzvlərini məlumatlandırıb. QMİ sədri postpandemiya dövründə müxtəlif yerli və beynəlxalq tədbirlərin keçiriləcəyini, həmin tədbirlərdə dinlər və sivilizasiyalar arasında əməkdaşlıq məsələlərinin davamlı təbliğinin prioritet olacağını bəyan edib.
KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri həmkarları olan Şeyxülislam A.Paşazadənin Nobel Sülh mükafatı kimi nüfuzlu bir təltifata namizədliyinin təsdiqi xəbərini yekdilliklə bəyənərək, beynəlxalq qurum olaraq bu mötəbər təqdimata dair müsbət rəylərini müvafiq ünvana yönəldəcəklərini bildiriblər.
Planetin aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının videotoplantısında dünyada, müxtəlif regionlarda baş verən mühüm hadisələrə dair müzakirələrdə iştirak edən QMİ sədri A.Paşazadə qaldırılan məsələlərə dair fikirlərini bölüşüb. Xüsusilə iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş erməni təxribatı barədə iclas iştirakçılarını məlumatlandıran A.Paşazadə torpaqlarımızın 20 faizini zəbt etmiş Ermənistan tərəfinin təcavüzünün miqyasını artırdığını, mülki əhalini hədəf aldığını və işğal altındakı ərazilərimizdə dini abidələri məhv etdiyini bildirib, bu səbəblərdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səylərin nəticə vermədiyini Şura üzvlərinin diqqətinə çatdırıb.
Şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti Koşo Nivano, habelə Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albasete videokonfransda iştirak və çıxış ediblər.
Onlayn iclas məhsuldar keçib. Ümumi rəy bundan ibarət olub ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin imkan daxilində qismən də olsa, canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

