/ / İlkin olaraq əhalinin 20 faizinə peyvəndin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edər
İlkin olaraq əhalinin 20 faizinə peyvəndin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edər
24.09.2020 [09:00]
Ötən ilin sonundan etibarən dünyaya sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb. Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ hazır deyil. Yoluxdurucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olur, lakin yoluxdurucu gücü artır. Bu vəziyyətdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün daha yumşaq karantin tədbirləri və əhalinin hədəf qruplarının vaksinasiyası vacib olur.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunan iclasında deyib.
Onun sözlərinə görə, vaksinasiya üçün ölkənin tələbi üzrə hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20 faizinə peyvəndin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. Lakin vaksinlər üzrə vacib tələblər də mövcuddur. Belə ki, vaksinlər effektiv və təhlükəsiz olmalıdır. Vaksin virusa qarşı ən azından 50-70 faiz qoruyuculuq qabiliyyətində olmalıdır. Həmçinin vaksinin kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, vaksinlərin əldə edilməsi üçün iki istiqamət mümkündür. Birinci istiqamət vaksinlərin Azərbaycanda istehsalıdır. Vaksinlərin qısa müddət ərzində hazırlanaraq Azərbaycanda istehsal edilməsi imkanı faktiki olaraq mümkün deyil. İkinci istiqamət istehsalçılarla ikitərəfli danışıqlar və çoxtərəfli platformalarda iştirakdır. Əhalinin 20 faizinin vaksinasiya edilməsi üçün yaranan tələbin həm istehsalçılarla ikitərəfli əlaqələr, həm də çoxtərəfli platformalarda iştirak vasitəsilə qarşılanması məqsədəuyğundur.
TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva GAVI CEPI və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılmış COVAX təsisatının əsas məqsədinin COVID-19-la mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və əlçatanlıq imkanı yaratmaq olduğunu bildirib. Ən son məlumatlara əsasən, hazırda dünya əhalisinin 2/3 hissəsini əhatə edən 172 ölkə bu təşəbbüsə qoşulub. Onlardan 85 ölkə daha yüksək gəlir səviyyəsinə sahib özünü maliyyələşdirə bilən ölkələrdir. COVAX Təsisatının portfelində hazırda 9 vaksin layihəsi mövcuddur. Bu namizədlərdən 8-i hazırda klinik sınaq mərhələsindədir.
İşçi Qrupun üzvü Samir Vəliyevin sözlərinə görə, COVAX təsisatında iştirak üçün iki variant təklif olunur. Həmin variantlar hüquqi mahiyyət baxımından oxşar olsalar da, ilkin ödəniş, satış şərtləri və alıcının üzərinə məcburi satınalma yükünün qoyulması baxımından fərqlənir. Öhdəlikli satınalma alıcının üzərinə vaksinlərin mütləq alınması öhdəliyi qoysa da daha az ilkin ödəniş tələb olunur. Seçim imkanlı satınalma isə alıcıya vaksinin alınmasında seçim imkanı versə də, ilkin ödəniş, maliyyə zəmanəti və s. kimi digər şərtlər irəli sürülür. Azərbaycan tərəfindən COVAX Təsisatında iştirak üçün öhdəlikli satınalma müqaviləsi seçilib. Müqavilə üzrə Azərbaycan əhalisinin 10 faiz hissəsinin çoxtərəfli formatla vaksinlər əldə etməsi razılaşdırılıb. GAVI tərəfindən bir doza vaksinin orta qiyməti 1.60 ABŞ dolları kimi proqnozlaşdırılır. Hər bir doza üçün isə hər şey daxil olmaqla cəmi məbləğ 10,55 ABŞ dolları kimi hesablanıb. 10 milyon 112 min nəfər əhalinin 10 faiz hissəsi üçün iki dozalıq vaksin sifarişi üzrə yekun ödəniş 21 milyon 336 min 320 ABŞ dollarıdır. Öhdəlikli satınalma variantında ilkin ödəniş daha azdır. Müqavilə şərtlərinə görə, hökumət və ya Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilməlidir.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvləri vaksinasiya məsələlərinə dair təqdimatı yüksək qiymətləndirib və ayrılan vəsaitlərin kifayət qədər əsaslı olduğunu bildiriblər. Onlar təqdimatda risklərdən qorunma məsələlərinin də öz əksini tapdığını vurğulayıblar. Şuranın üzvləri vaksinlərin alınması üçün vəsaitin ayrılmasını dəstəkləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03

