Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb
01.10.2020 [09:29]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 30-da Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovla görüşüb.
Dövlət Komitəsinin sədri Azərbaycan və Özbəkistan arasında tarixi kökləri olan dostluq münasibətlərindən bəhs edib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin əhəmiyyətini vurğulayıb. Mübariz Qurbanlı bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəsna rolu olduğunu qeyd edərək ölkələr arasında bütün sahələrdə olduğu kimi dini sahədə də münasibətlərin uğurla davam etdiyini diqqətə çatdırıb.
“İslam Həmrəyliyi İli”ndə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunan Komitə sədri eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər Komitəsi, həmçinin Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında imzalanan əməkdaşlıq memorandumları barədə danışıb. Hər iki ölkənin elmi və dini ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən birgə memorandumun mənəvi-maarifçilik sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti vacib addım olduğunu qeyd edib.
Komitə sədri görüş zamanı 27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq cəbhə xəttinin bir sıra istiqamətlərindən Azərbaycanın mövqeyinə hücum etməsi və Azərbaycan Silahlı Qüvvələrinin əks həmlə əməliyyatı ilə cavab verməsi haqqında danışıb. DQİDK sədri Azərbaycanın yaşayış məntəqələrinin məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayının 12 nəfər olduğunu, 42 nəfərin isə yaralandığını bildirib. Azərbaycanın haqlı olaraq öz ərazi bütövlüyünü bərpa etmək istəyini vurğulayan Mübariz Qurbanlı ölkəmizin bu ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən müdafiə olunduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Baxrom Aşrafxanov ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından, eləcə də dindən istifadə edən radikal qruplara qarşı münbarizədə Azərbaycan və Özbəkistanın müvafiq qurumlarının uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 25 ilinin tamam olduğunu vurğulayan səfir iki dövlətin dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Səfir Baxrom Aşrafxanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın birmənalı olaraq hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiyini xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxHərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03

