Məryəm Məcidova: Bu gün ölkəmizdə milli birlik və vətəndaş həmrəyliyi çox yüksək səviyyədədir
06.10.2020 [09:33]
“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, eləcə də yaşayış məntəqələrini və mülki şəxsləri intensiv atəşə tutması ilə döyüş bölgəsindəki vəziyyət daha da gərginləşib. Məlum olduğu kimi, Azərbaycan Ordusu əks-hücum nəticəsində düşmənə sarsıdıcı zərbələr endirir. Uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan Cəbrayıl şəhəri və digər bir sıra yaşayış məntəqələri, o cümlədən strateji yüksəkliklər azad olunub”. Bu fikirləri Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Məryəm Məcidova deyib.
Məryəm Məcidova bildirib ki, Ali Baş Komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin gücü növbəti dəfə Azərbaycan əsgərinin, ordusunun və dövlətinin düşmən üzərindəki tam üstünlüyünü nümayiş etdirib. Onun sözlərinə görə, Ermənistanın ölkəmizə qarşı işğal siyasəti 30 ildir davam edir. İşğal və hərbi təcavüz siyasəti regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdiddir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı və digərləri Ermənistan hökumətinin beynəlxalq öhdəliklərinə və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət etməsi üçün tədbirlər görməlidir. Beynəlxalq ictimaiyyəti münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran Ermənistanın təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək addımlar atmalıdır.
M.Məcidova qeyd edib ki, beynəlxalq təşkilatların Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün ciddi addımlar atmaması münaqişənin yenidən alovlanmasının səbəblərindən biridir. O deyib ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası da müvafiq bəyanatla çıxış edib: “Bu gün bu münaqişəyə son qoymaq, torpaqlarımızın işğaldan azad edilməsi kimi missiyanı ordumuz şərəflə yerinə yetirir. Azərbaycan gəncləri səngərdə torpaqlarımızı, mülki əhali və infrastrukturu müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daim hazır olan ordumuza dəstək verir və onlarla həmrəylik ifadə edir. Bu gün ölkəmizdə milli birlik və vətəndaş həmrəyliyi çox yüksək səviyyədədir. İctimai, siyasi mövqeyindən asılı olmayaraq hər kəs ordumuzu, Ali Baş Komandanımızı birmənalı şəkildə dəstəkləyir. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası olaraq biz də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin yanındayıq. Eyni zamanda indiki həssas məqamda vətəndaşlarımızı ayıq-sayıq olmağa, hərbi məsələlərlə bağlı hər hansı informasiya yaymamağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq. Biz, Azərbaycan gəncləri vətən torpaqlarının işğalı ilə heç vaxt barışmayacağıq və Ali Baş Komandanımızın əmri ilə üzərimizə düşən vəzifələri yerinə yetirməyə həmişə hazırıq!”.
Məryəm Məcidova onu da əlavə edib ki, belə bir vaxtda siyasi partiyaların Ali Baş Komandanı dəstəkləməsi ölkəmizdə mövcud olan siyasi həmrəylik nümunəsidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

