Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

06.10.2020 [09:43]

Oktyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə torpaqlarımızın işğaldan azad olunması istiqamətində Ordumuzun uğurlarından söz açıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə beynəlxalq hüquq çərçivəsində aparılan zəfər yürüşünün davam etdiyini vurğulayıb.
İclasda Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əhliman Əmiraslanov bildirib ki, komitə üzvləri könüllü olaraq bir aylıq maaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə yekdil qərar qəbul ediblər.
Səhiyyə komitəsinin iclasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri birinci oxunuş zamanı səslənmiş təkliflərə münasibət bildirib.
Sonra müzakirələr başlanıb.
İclasda ekspert qismində iştirak edən Tibb Universitetinin, Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təmsilçiləri – professorlar Nuru Bayramov, Kamran Musayev və tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Vüqar Qurbanov qanun layihəsi ilə bağlı rəy və təkliflərini diqqətə çatdırıblar. Belə mükəmməl qanun layihəsi hazırladıqlarına görə Səhiyyə komitəsinin üzvlərinə təşəkkürlərini bildiriblər.
Daha sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Kamaləddin Qafarov transplantasiya ilə əlaqədar müxtəlif məsələlərə toxunublar.
Çıxışları komitə sədri Əhliman Əmiraslanov yekunlaşdırıb. Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30