/ / “Düşmənlərimizin başımız gətirdiyi faciələr haqqında gənclərimizi daha dolğun şəkildə məlumatlandırmalıyıq”
“Düşmənlərimizin başımız gətirdiyi faciələr haqqında gənclərimizi daha dolğun şəkildə məlumatlandırmalıyıq”
09.10.2020 [20:23]
Sədat Sərdaroğlu: "Dənizlidə bir diaspor təşkilatının qurulması istiqamətində atılacaq addım zamanı azərbaycanlı tələbə-gənclərin önə çıxacağına şübhə etmirəm"
(əvvəli ötən sayımızda)
Dənizlinin mərkəzi bölgəsində yerləşən park böyük bir ərazini (12,3 hektar) əhatə edir. Ərazisinin 70 faizini yaşıllıq təşkil edən, insanların dincəlməsi üçün hər cür şəraitin yaradıldığı parkın xüsusi bir özəlliyi də var ki, bu da orada yerləşən heykəltaraş Osman Atmacanın hazırladığı Xocalı Soyqırımı abidəsidir. 4 noyabr 2016-cı il tarixində parkın açılışı ilə eyni gündə bu abidənin də açılışı olub. Qranitlə hazırlanmış bünövrədən və ay-ulduz içərisində olan ana harayı heykəlindən ibarət abidənin açılışında Türkiyənin bir sıra ictimai-siyasi xadimləri, həmçinin Azərbaycandan millət vəkili Qənirə Paşayeva da iştirak edib. Hər il fevralın 26-da bu abidənin önündə anım mərasimi keçirilir.
Yerə gəlmişkən Sədat bəy dedi ki, həmin vaxt liseyin rəsm müəllimi Feriştah Selcenin çəkdiyi, Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri isə hazırda liseyin birinci mərtəbəsinin foyesində yerləşdirilib: “Bu tablonun bir nüsxəsi Azərbaycanın İstanbuldakı Konsulluğuna bağışlandı. Eyni zamanda, liseyimizdə hər il faciəyə həsr olunmuş fotosərgi, konfrans keçirilir və şagirdlərimiz “25-ci ilində Xocalı soyqırımı” adlı xüsusi qəzet buraxdılar”.
Faciənin 25-ci ildönümünə bir həftə qalmış isə dərnək üzvləri Türkiyədə fəaliyyət göstərən bütün xarici ölkələrin səfirliklərinə soyqırımı haqqında məlumatın əks olunduğu elektron müraciət ünvanlayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyasına dəstək xarakteri daşıyan bu aksiya sonrakı illərdə də davam etdirilib.
Sədat Sərdaroğlu bildirdi ki, “Hazırda da “Facebook” və "Twitter"də “Xocalı çalışma qrupu” adlı səhifələrimiz var. Fəaliyyətimiz bu gün də davam edir və bütün heyətimizlə azərbaycanlı qardaşlarımıza dəstək veririk. Belə ki, bu il sentyabrın 27-də işğalçı Ermənistanın qardaş Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribat, həmçinin Azərbaycanın Vətən müharibəsi haqqında da qrupumuzun sosial şəbəkə hesablarından ardıcıl olaraq paylaşımlar edirik”.
Artıq azərbaycanlı tələbə-gənclərdə bir fəallıq hiss edirik
Yeri gəlmişkən, bu il Dənizli şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlərə Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib. Açıqlamasında bu barədə də məlumat verən Sədat Sərdaroğlu bildirdi ki, o, tədbirdə geniş məruzə ilə çıxış edib: "Anım mərasimində bir neçə çıxış oldu. Diqqət çəkən məqam odur ki, azərbaycanlı tələbələr də tədbirdə söz alıb fikirlərini bildirdilər. Məsələn, hazırda Dənizlidə təhsil alan, Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllı öncə bu cür tədbirlərin keçirilməsinə, həmçinin Xocalı faciəsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıldığına görə Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan başda olmaqla bütün Dənizli ictimaiyyətinə minnətdarlıq etdi.
Sonra faciə haqqında ətraflı məlumat verən Səmsiyə İsmayıllı dedi ki, Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Həmçinin Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində anım və tanıtım tədbirləri keçirilir".
Dənizlidə bir diaspor təşkilatının qurulması istiqamətində atılacaq addım zamanı azərbaycanlı tələbə-gənclərin önə çıxacağına şübhə yoxdur
Sədat Sərdaroğlu onu da bildirdi ki, Dənizlidə azərbaycanlılar yaşayıb, işləsələr də onların vahid bir mərkəzi, diaspor təşkilatı olmayıb: “Burada çoxlu azərbaycanlılar var. Onların bir qismi sovetlər dönəmindən əvvəl Türkiyəyə gəlmiş insanların övladları, bir qismi müstəqillik zamanı Türkiyəyə gələnlərdir. Eyni zamanda Dənizlidəki Pamukkale Universitetində təhsil alan azərbaycanlı tələbələr var. Düzdür Azərbaycanla bağlı məsələlərdə onların bəziləri fərd olaraq yaxından iştirak edir, istər Dağlıq Qarabağ münaqişəsi haqqında, istəsə də ümumilikdə Azərbaycanla bağlı həqiqətlərin Dənizli ictimaiyyətinə çatdırılmasına çalışırlar. Məsələn dəyərli qardaşımız İslam Günəş bəy uzun illərdir ki, Azərbaycanı Dənizlidə tanıdır. Rəqsləriniz, milli yeməkləriniz, bayram günləriniz haqqında bacardıqca bizi məlumatlandırır. Zaman-zaman Azərbaycandan Dənizliyə gələn bütün məşhurlar məhz onun qonağı olub, qayğısı və diqqətindən pay alıblar. Azərbaycana bağlı topladığı tarixi, ədəbi və digər materialları Dənizli Böyükşəhər Bələdiyyəsinə bağışlayan İslam Günəş bununla bir muzey mərkəzin yaranmasına təkan verib. Lakin fərdlərin gördüyü işlə, kollektiv görülən iş tamamilə fərqli olur. Ona görə də könül istər ki, azərbaycanlıların burada bir disapor təşkilatı, yaxud deyək ki, dərnəyi, Azərbaycan evi olsun. Əgər bu istiqamətdə bir addım atılarsa bizlər-Dənizlidəki Azərbaycan dostları da lazım olan dəstəyi göstərməyə, hətta o dərnəyin yaradılmasında birbaşa iştirak etməyə hazırıq”.
Sədat Sərdaroğlu onu da dedi ki, Dənizlidə bir diaspor təşkilatının qurulması istiqaməıtində atılacaq addım zamanı azərbaycanlı tələbə-gənclərin önə çıxacağına şübhə etmir: “Artıq Dənizlidəki azərbaycanlı tələbə-gənclərdə bir fəallıq hiss edirik. Əlbəttə ki, gənclərin önə çıxması diaspor quruculuğu işində də önəmli nəticələrin əldə edilməsinə ümid yaradır”.
O bildirdi ki, gənclərin milli məsələlərə münasibəti və fəallığı gələcəyimizin daha möhkəm təməllər üzərində qurulmasında mühüm rol oynayacaq. Sədat Sərdaroğlu əmindir ki, Dənizli şəhərində formalaşdırılacaq bir Azərbaycan diaspor təşkilatı gələcəkdə həyata keçiriləcək işləri sürətləndirəcək.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39

