Azərbaycanın Baş prokuroru Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb
20.10.2020 [09:45]
Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş prokuror Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu vurğulayıb.
Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sferada Avropa İttifaqının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Baş Prokuror Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişənin törədilməsini, o cümlədən mülki əhalinin sıx yaşadığı Gəncənin raket atəşinə tutulmasını pisləyən Avropa İttifaqının bəyanatlarını yüksək qiymətləndirib. Münaqişənin mahiyyəti barədə məlumat verən Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insanın həlak olması və yaralanmasını xüsusilə vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Kestutis Yankauskas ikitərəfli münasibətlərə toxunaraq Avropa İttifaqının Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
Avropa İttifaqının nümayəndəsi ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləmiş, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada ATƏT-in Minsk qrupunun iştirakı ilə baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib.
Həmçinin Kestutis Yankauskas Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınmasının təmsil etdiyi qurumun rəsmi sənədlərində dəfələrlə təsdiq edildiyini xüsusilə vurğulayıb.
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının Avropa İttifaqı tərəfindən bəyanatla pislənildiyini bildirilib, bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokurorluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmaqla bu kimi mətbuat konfranslarının tez-tez keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Kestutis Yankauskas missiya rəhbəri kimi Gəncədə dinc əhaliyə qarşı törədilmiş cinayətləri pislədiyini bir daha xüsusilə qeyd edib.
Yekunda maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər, o cümlədən Avropa İttifaqının TAIEX və TWINNING layihələrinin əhəmiyyəti müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

