Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır
21.11.2020 [00:09]
Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ölkə ərazisində COVID-19-un geniş yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədinə xidmət edir
Dünya ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Məlumat üçün bildirək ki, hazırda dünyada 57 milyon insan koronavirusa yoluxub, 1.4 milyon insan isə bu virusun qurbanı olub. Bu səbəbdən bir çox ölkələr yenidən sərt karantin qaydaları tətbiq edir, müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bir sıra qadağaların tətbiq edilməsinə qərar verilib. Ekspertlər ölkəmizdə həyata keçirilən bütün tədbirlərin vətəndaşların sağlamlığının qorunmasına xidmət etdiyini bildirirlər. Eyni zamanda, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, sanitar-gigiyenik qaydalara düzgün riayət olunması, kütləvi toplaşmamağın vacibliyi ilə bağlı mütəmadi olaraq çağırışlar edilir.
Qeyd olunur ki, havaların kəskin dəyişməsi qrip xəstəliyinin artmasına və geniş yayılmasına səbəb olur. Lakin indiki dövrdə bu xəstəliyə yoluxma zamanı COVID-19 infeksiyasının olduğunu da nəzərdən qaçırmaq olmaz. Səhiyyə Nazirliyinin işçi qrupunun üzvü Günay Quluzadə qəzetimizə açıqlamasında bildirib ki, həkimə müraciət zamanı ləngimə və yubanmalar çox vaxt insanların xəstəliyin qrip olduğunu güman etməsi səbəbindən baş verir. Yəni, koronavirusa yoluxma zamanı xəstələr 3-4 gün evdə qalaraq onun qrip olduğunu və ötüb keçəcəyini gözlədiklərindən infeksiya daha da dərinləşir: “Hətta qriplə COVID-19-a eyni vaxtda yoluxma da baş verə bilər. Təbii ki, oxşarlıqlar çoxdur, hər iki halda qızdırma, boğazda ağrı və qıcıqlanma, öskürək ola bilər. Əsas kəskin fərq ondan ibarətdir ki, COVID-19-a yoluxma zamanı iybilmə və dadbilmə hissi itir. Daha ağır hallarda isə təngnəfəslik və tənəffüsdə çətinliklər yaranır. Ona görə də, bunun baş verməməsi üçün ilk simptomları hiss edən kimi mütləq yubanmadan sahə həkiminə və ya tibb müəssisəsinə müraciət etmək lazımdır”.
Günay Quluzadə onu da vurğulayıb ki, yaşı 65-dən yuxarı olanlar, xroniki xəstəlikləri olanlar, immun sistemindən əziyyət çəkənlər, 3 yaşına qədər uşaqlar da risk qrupuna daxil edilirlər: “Hər kəs bilməlidir ki, COVID-19 infeksiyası hava-damcı yolu ilə yayılır, ətrafda hər yerdə ona yoluxmaq mümkündür və heç kəs də bundan sığortalanmayıb. Onu da deyim ki, koronavirusu sağaldan və onun müalicəsində istifadə edilən konkret bir müalicə üsulu yoxdur. Yeganə bir yol immun sistemin güclənməsinə nail olmaq və orqanizmi möhkəmləndirmək, ən başlıcası isə üç qızıl qaydaya - tibbi maska, məsafə və sanitar-gigiyenik qaydalara əməl etməkdən ibarətdir”.
“Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır və bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Çox təəssüflər olsun ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb”.
Bu fikirləri isə qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova deyib.
Onun sözlərinə görə, bugünkü məqamda ən önəmli məsələlərdən biri sosial məsuliyyət məsələsidir: “Aparılan müşahidələr onu göstərir ki, vətəndaşlar tərəfindən tibbi qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Ona görə də, hər kəs kimliyindən asılı olmayaraq bilməlidir ki, atılan müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44

