Həmrəylik və məsuliyyət COVID-19-a qarşı qələbənin formuludur
01.12.2020 [08:55]
Hazırda bütün dünyada pandemiyanın kulminasiya dövrü yaşanır. Bir çox ölkədə yenidən qapanmalar, sərt məhdudiyyətlər və qadağalar tətbiq olunur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir. Ekspertlər qeyd edirlər ki, hər kəs özünün və cəmiyyətin sağlamlığı naminə tam məsuliyyətli olmalı, bütün qaydalara ciddi riayət etməlidir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov bildirib ki, bütün dünyada təkrar yoluxma halları var. Ona görə də yoluxmuş şəxs arxayınlaşmamalıdır ki, bu xəstəliyi keçirmişəm və qorunma tədbirlərinə ehtiyac yoxdur. Birinci dəfə xəstəliyi keçirənlər ikinci dəfə onu simptomsuz keçirə bilərlər. Bu da yoluxma sayının artımına səbəb ola bilər. Onun sözlərinə görə, hamımız qorunma tədbirlərinə, qaydalara ciddi əməl etsək, o zaman yoluxma sayını azalda bilərik: “Qorunma tədbirlərinə, hamının bildiyi qaydalara düzgün riayət edilməlidir. Qapalı məkanlarda, sıx təmasların olduğu yerlərdə tibbi maska istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bilməliyik ki, tibbi maskanı hələ uzun müddət istifadə etməliyik. Çünki pandemiyaya hələ qalib gəlməmişik. Digər tərəfdən, məsafə saxlanılması vacibdir. Tibbi maska taxılması, məsafə saxlanılması, əl gigiyenasına əməl edilməsi nəinki koronavirusdan, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalardan da qorunmağımıza kömək edir. Həmin qaydalara əməl olunsa, yoluxma sayında əhəmiyyətli azalmaya şahid ola bilərik. Daha biz gözləməməliyik ki, hamı yoluxsun, xəstələnsin, hər kəsdə immunitet yaransın, sonra yoluxma sayı azalmağa başlasın. Bu, çox uzun müddət vaxt aparar və koronavirus səbəbindən vəfat edənlərin sayı çox ola bilər”.
A.Qurbanov qeyd edib ki, təkrar yoluxma mümkündür: “Bir neçə ay öncə Avropadan təkrar yoluxma hallarının olması ilə bağlı xəbərlər gəldi. Həmin xəbərlər getdikcə çoxalır. Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim arxayınlaşmamalıdır ki, mən yoluxub sağalmışam, daha yoluxmayacağam. Biz yenidən yoluxa bilərik. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur.
Adətən 65 yaşdan yuxarı olanlar risk qrupu adlandırılır. Xəstəliyin ağır keçirilməsi nöqteyi-nəzərindən risk qrupları var ki, buraya yaşlılar və xroniki xəstəliyi olanlar aid edilir. Yoluxma riskinə məruz qalanlara isə sıx təmasda olanlar daxil edilir. Məsələn, həkimlər, müəllimlər, gündəlik həyatda daha çox təması olanlar. Onlar xəstəliyin ağırlıq nöqteyi-nəzərindən risk qrupu hesab olunmurlar”.
Professor bildirib ki, pandemiyanın nə vaxt bitəcəyini elmi cəhətdən proqnozlaşdırmaq olar: “İnsanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək. Hazırda bütün dünyada insanların az bir qismi yoluxub. Əhalinin bir qrupu xəstəliyi keçirib sağalaraq immunitet qazanacaq. 70 faizin digər hissəsi isə vaksinlə tənzimlənəcək. Gələn ildən vaksinlərin gələcəyi gözlənilir. Virus da canlıdır, həssas orqanizm tapa bilməsə, bizim aramızda yaşaya bilməz. Onu da qeyd edim ki, Azərbaycan dövlət səviyyəsində ən effektiv və təhlükəsiz vaksinlərin alınması üçün tədbirlər görür”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

