Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlaxda Vətən müharibəsində yaralanmış hərbiçilərlə görüş

Yevlaxda Vətən müharibəsində yaralanmış hərbiçilərlə görüş

09.12.2020 [09:43]

Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları rayonun Aran qəsəbəsində, Varvara və Yuxarı Qarxun kəndlərinə gedərək Vətən müharibəsində yaralanmış hərbiçilərlə görüşüb, onların problemləri ilə maraqlanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Əzizova qələbə münasibətilə qaziləri və ailələrini təbrik edib. Bildirib ki, uzun illərdir işğal edilmiş torpaqlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə onların göstərdiyi şücayət nəticəsində azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib.
E.Əzizova Vətən müharibəsində sağlamlığını itirən şəxslərin daim qayğı ilə əhatə olunduğunu qeyd edərək, yaralıların tezliklə sağalmasını arzu edib, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30