Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şahbaz Quliyevin bacısı: Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram

Şahbaz Quliyevin bacısı: Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram

15.12.2020 [09:59]

“Qardaşımın girovluqdan azad olunması xəbəri məni hədsiz sevindirdi, Prezidentimizə öz təşəkkürümü bildirirəm”.
Bunu APA-ya açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib.
“Əgər torpaqlarımız alınmasaydı, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi. Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram. Şükür Allaha, bizi qovuşdurdu”, - deyə o, bildirib.
İradə Quliyeva xəbəri yeni öyrəndiyini, hələ qardaşı ilə görüşmədiyini deyib.
Qeyd edək ki, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün günorta saatlarında təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31