Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə “Dədə Qorqud” filmi surdotərcümə formatında hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə “Dədə Qorqud” filmi surdotərcümə formatında hazırlanıb

24.12.2020 [13:39]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Dədə Qorqud” filmi surdotərcümə formatında hazırlanıb.
 
QHT.az xəbər verir ki, bu barədə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib. Onun verdiyi məlumata görə, filmin surdotərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb. Eyni zamanda, filmin surdotərcümə versiyası 150 nüsxə DVD disk formatında çoxaldılaraq uyğun şəxslər və müəssisələr arasında pulsuz paylanılacaq.
 
Nazirliyin dəstəyi ilə, həmçinin 2 cizgi filminin və aktual mövzularda 5 videorolikin surdotərcümə edilməsi nəzərdə tutulub.
Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31