/ / Vətən müharibəsinin qəhrəmanları: Hər şey yaxşıdır, təminatımız da yüksək səviyyədədir, evdəkilər bizdən narahat olmasınlar – Tərtərdən reportaj
Vətən müharibəsinin qəhrəmanları: Hər şey yaxşıdır, təminatımız da yüksək səviyyədədir, evdəkilər bizdən narahat olmasınlar – Tərtərdən reportaj
26.12.2020 [09:09]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə tədbir Tərtər rayonunda təşkil edilib. Dekabrın 25-də Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan kəndinə səfər edərkən yeni yolun inşa edilməsinin, təmir və abadlıq işlərinin aparıldığının şahidi olduq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər.
Azərbaycan əsgəri qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini yüksək əhval-ruhiyyə ilə aparır. Çünki onlar qalib ordunun əsgərləridirlər. Silahlı qüvvələrimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Ən ucqar məntəqədə xidmət edən hərbi qulluqçuların yemək, geyim və digər təminatı da daim diqqətdə saxlanılır.
“Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri əsgər və zabitlərlə səmimi söhbət edib, onların istəklərini qeydə alıblar. Gətirilən müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar hərbi qulluqçularımıza çatdırılıb.
Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.
Əsgərlərlə söhbət edərkən hər birində yenilməz əzmin, məğrurluğun, Vətən sevgisinin və qələbə sevincinin şahidi olduq. Əsgər Emin Abbasov Vətən müharibəsinin iştirakçısı olduğu, torpaqlarımızın azad edilməsində iştirak etdiyi üçün qürur duyduğunu bildirib: "Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Yaralansam da, sağaldıqdan sonra yenidən döyüşlərə qayıtdım. Hazırda da Suqovuşanda xidmətimi davam etdirirəm. Əhval-ruhiyyəmiz yüksəkdir. Qarabağ Azərbaycandır".
Əsgər Emil Məmmədzadə isə deyib: "Tək istəyimiz işğal altında olan torpaqlarımızı azad etmək idi. Buna da nail olduq. Suqovuşan uğrunda döyüşdə iştirak etdim. Şükür Allaha ki, qələbə qazandıq, torpaqlarımızı azad etdik”.
Hərbçilərimizin təminatı ilə maraqlanarkən hər birinin dilindən eyni sözləri eşitdik: “Hər şey yaxşıdır, təminatımız da yüksək səviyyədədir. Evdəkilər bizdən narahat olmasınlar". Beləliklə, bir daha şahidi olduq ki, Vətən müharibəsinin qəhrəmanları azad etdikləri doğma torpaqlarımızda xidmətlərini qələbə əhval-ruhiyyəsi ilə aparırlar.
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

