Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in vebinarında iştirak edib
14.01.2021 [09:50]
Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə yanvarın 12-də Beynəlxalq Dialoq Mərkəzinin (KAICIID) vebinarında iştirak etdi. KAICIID Təşkilatının Baş katibi Feysal bin Müəmmarın giriş sözü ilə açılan vebinar yeni ilin ilk iclası olaraq ötən ilin yekunları və qarşıdakı fəaliyyətlər ilə bağlı fikir mübadiləsinə həsr olunub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə vebinarda çıxış edib. Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdıran şeyxülislam A.Paşazadə 2020-ci ilin dünya birliyi, bəşəriyyət üçün ciddi sınaqlar ili olduğunu, hələ də qalmaqda olan pandemiyanın məcburi məhdudiyyət tədbirləri ilə bilavasitə ünsiyyət və təmasların qarşısını aldığını, ictimai-mədəni tədbirlərin, o cümlədən kütləvi dini mərasim və ayinlərin təxirə salındığını qeyd edib. Lakin Uca Yaradanın lütfü ilə iman və inamla həyata keçirilən fəaliyyətləri davam etdirərək müasir ünsiyyət imkanları vasitəsilə dialoq qurmaqla zəmanənin çağırışlarına uyğun cavab vermək, bizi birləşdirən dəyərlər ətrafında cəm olaraq ümumbəşəri problemləri birgə müzakirə imkanlarının səngimədiyini diqqətə çatdırıb.
A.Paşazadə 2021-ci ilin bütün dünyada, yaşadığımız bölgələrdə əmin-amanlıq, sabitlik və rifah ili olması üçün Uca Yaradana dualar edib. QMİ sədri ədalətli Vətən müharibəsini qalibiyyətlə başa vurmuş, müharibənin acı reallıqlarının, itki və dağıntılarının şahidi olan ölkənin nümayəndəsi kimi sidq-ürəkdən arzu edib ki, Yer üzündə müharibələr olmasın, bu münaqişələrdən əziyyət çəkən insanların məşəqqətləri sona yetsin, insanlar öz doğma yurdlarından qaçqın düşməsin, məcburi köçkün həyatı sürməyə vadar olmasın, miqrant fəlakətləri davam etməsin, dini, milli zəmində ayrı-seçkilik halları baş verməsin, dini-mənəvi abidələr məhv olmasın, dini məbədlərə həqarət edilməsin, şəhər və kəndlər viran qoyulmasın, dinc mülki əhali, uşaq, qadın və qocalar qətlə yetirilməsin.
Şeyxülislam A.Paşazadə qeyd edib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərdən keçir. Dünyanı, bəşəriyyəti qorumaq üçün insanlar bu dəyərlər ətrafında vəhdət yaratmalı, bütün dinlər səylərini birləşdirməlidirlər. Bu dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma, sivilizasiyalar, dinlər arası əməkdaşlıq önəmli yer tutur. Bu gün sülhün qorunması probleminin həllində, beynəlxalq müstəvidə ədalətin təminində, habelə terror, ksenofobiya, antisemitizm, islamofobiya, xristianofobiya, ekstremizm və radikalizmin, irqçilik, neofaşizm təzahürlərinin, nifrətə çağırışların qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. QMİ sədri ötən il ərzində pandemiyaya baxmayaraq, böyük uğurlara imza atan KAICIID təşkilatının bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
Din xadimlərinin yeganə vasitəsinin söz, dua, Uca Yaradanın yoluna dəvət edən moizə olduğunu vurğulayan QMİ sədri arzu edib ki, 2021-ci il bəşəriyyət üçün yeni imkanlar və uğurlar ili olsun, pandemiya bəlasından birgə xilas olaq, dünyada gedən proseslər, birgə səylərimiz xeyirlərə vəsilə olsun. Çıxışını “Qurani-Kərim”dən ayə ilə bitirən şeyxülislam vebinar iştirakçılarına öz dini inanclarına uyğun şəkildə dualar etməyi təklif edib ki, Ulu Rəbbimiz dünyanı bütün bəlalardan hifz etsin, insanlıq naminə ən xoş arzularımız həyata keçsin.
Şeyxülislam A.Paşazadə ilə yanaşı, Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Məhəmməd Sammak, Kenterberi Arxiyepiskopunun dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, habelə İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid vebinarda çıxış ediblər.
Yeni təqvim ilində pandemiyanın fəsadlarına rəğmən insanların ümid və daha böyük səylə fəaliyyətlərini davam etdirmələri, mənəvi dəyərlərə istinadən bütün problemlərin öhdəsindən gəlmələri üçün dualar oxunub.
Onlayn sessiya məhsuldar keçib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

