Xocalı soyqırımı qurbanlarının xatirəsi Qafqaz Müsəlmanları İdarəsində anılıb
24.02.2021 [09:11]
Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə şəhidlərimizə Allahdan rəhmət diləyib. Faciənin səbəb və fəsadlarından danışan QMİ sədri şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün maddi-mənəvi abidələrimizi yerlə-yeksan ediblər.
Qırx dörd günlük Vətən müharibəsinə toxunan şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu ədaləti bərpa edərək, işğal altındakı ərazilərimizi azad etdi. Torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı, azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti xalq-dövlət birliyi sayəsində, qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşının qalibi oldu. QMİ sədri qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müdrik dövlət rəhbərimizin bəyan etdiyi kimi, azad olunan torpaqlarımızda dağıdılmış dini-mənəvi abidələrimiz bərpa ediləcək.
QMİ sədri əlavə edib ki, bu Vətən müharibəsi dindarlarımızın dövlətimizin ətrafında necə sıx birləşdiyini bir daha göstərdi. Təəssüf ki, erməni kilsəsi bütün dünyada yalan və iftiralarla dolu məlumatlar yayır. Azərbaycan dövləti həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi öz növbəsində bu həqiqətlərin dünyanın dini mərkəzlərinə, beynəlxalq cəmiyyətin diqqətinə çatdırılması üçün səylərini əsirgəmir.
Bu günədək Xocalı soyqırımının dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tərəfindən qətliam kimi tanındığını qeyd edən QMİ sədri A.Paşazadə dünya birliyinə ünvanlanan müraciətlərində yeni-yeni bəşəri cinayətlərin, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmaması üçün saxta deyil, əsl soyqırımlarının tanınmasının vacibliyini hər zaman qeyd etdiklərini xüsusi vurğulayıb. Şeyxülislam A.Paşazadə fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinin məscidlərdə anılmasına dair tövsiyə və tapşırıqlarını verib.
Sonra Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciəti oxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlar əldə edilib. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər nəticəsində Xocalı faciəsi bütün dünyada tanıdılır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu istiqamətdə ardıcıl işlər görülür. Ermənilərin azərbaycanlılara qarşı cinayətləri yalnız Xocalı faciəsi ilə yekunlaşmır. 1918-ci ilin mart qırğınlarında 12 minə yaxın soydaşımız yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilib. Xocalıda törədilən cinayət də bu qəbildən idi. Bu faciəyə layiqli siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Xocalıda törədilən vəhşiliklərlə bağlı faciəni törədənlərin öz dillərindən də etiraflar var. Bu, genosid cinayətidir və hüquq-mühafizə orqanlarımız bu istiqamətdə işləri davam etdirirlər.
Komitə sədri əlavə edib ki, Xocalı faciəsinə ən layiqli cavabı Azərbaycan Ordusu verdi. Vətən müharibəsində Ordumuzun böyük Qələbəsi ilə Xocalı şəhidlərinin qanı yerdə qalmadı.
Sonra Vətən müharibəsi dövründə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirəcək kitab barədə məlumat verilib.
Tədbirdə, həmçinin QMİ-nin nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.
Videokonfransda çıxış edən Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin yepiskopu Vladimir Fekete, QMİ-nin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Sahib Məmmədov, Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Romanov Xocalı faciəsini bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıb, insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlərin cəzasız qalmayacaqlarına əmin olduqlarını bildiriblər.
Qeyd edilib ki, erməni cəlladlarının və onların havadarlarının Xocalıda törətdikləri qırğın XX əsrin ən qanlı faciələrindən biridir. Xalqımız Xocalı faciəsini heç zaman unutmayacaq və bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim həkk olunacaq.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

