Paytaxt meriyasında “Müdrik siyasət və Qarabağ Zəfəri” kitabının təqdimatı olub
08.05.2021 [08:54]
Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət və Qarabağ Zəfəri” mövzusunda iki mərhələdən ibarət referat yazı müsabiqəsi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən bildiriblər ki, əsas məqsədi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı Qələbənin təbliği, eləcə də gənc nəsildə doğma Vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliği istiqamətində görülən işlərin daha da genişləndirilməsi olan müsabiqəyə ötən ay yekun vurulub. Yekun konfransın qərarına uyğun olaraq, təqdim edilən işlərdən xüsusi ilə fərqlənənləri seçilib və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Müdrik siyasət və Qarabağ Zəfəri” adlı nəfis tərtibatlı kitab çap edilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, illər boyu erməni millətçiləri Azərbaycan torpaqlarına göz dikiblər. Bu illər ərzində xalqımıza, müsəlmanlara qarşı, sözün əsl mənasında, soyqırımı siyasəti yürüdülüb. Nəhayət, son 200 il ərzində ilk dəfə olaraq düşmənə öz yeri göstərildi, o, kapitulyasiya aktını imzaladı.
Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prosesinə başlanılıb. Bu gün Azərbaycan özünün yeni və şanlı tarixini yazır. Hesab edirəm ki, gələcək nəsillərə də Azərbaycan lideri və sərkərdəsinin savaş günlərində qoşunları ustalıqla idarə etmək və informasiya cəbhəsində təkbaşına qalib gəlmək bacarığı barədə ətraflı öyrənməlidirlər. Bununla əlaqədar məktəblilərin və gənc alimlərin iştirakı ilə gələcəkdə “Azərbaycan tarixində İlham Əliyev” mövzusunda elmi-praktiki konfransın keçirilməsi təklifi aktualdır.
İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər dövlətimizin başçısının intellekti və müdrik siyasəti sayəsində əldə olunub. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində ölkədə qüdrətli iqtisadiyyat və güclü ordu yaradılıb. Beynəlxalq münasibətlər sahəsində əhəmiyyətli uğurlar əldə edilib ki, bu müdrik siyasət nəticəsində Zəfər qazanılıb. Bu siyasət bu gün də davam edir. Qarabağda artıq böyük miqyaslı quruculuq işləri həyata keçirilir. Bu gün yeni, şanlı tarix yazılır.
Qazanılan şanlı Qələbə tarixdə şəxsiyyət amili fenomeninin əhəmiyyətini bir daha nümayiş etdirdi. Alimlər və gənc nəsil İlham Əliyev fenomenini daha dərindən öyrənməli və onu təbliğ etməlidirlər.
Tədbirdə Milli Məclisin deputatı, professor Anar İsgəndərov, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Tofiq Nəcəfli, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, müsabiqənin qalibi olmuş şagirdlərdən Səbail rayonu, 7 nömrəli orta məktəbin şagirdi Ülvi Hüseynzadə və başqaları çıxış edərək müsabiqənin əhəmiyyətini bildirib, Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar.
Müsabiqə qaliblərindən olan Nəsimi rayonu 35 nömrəli orta məktəbin şagirdi Fatimə Əsgərova çıxışında növbəti müsabiqənin “İlham Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilməsini təklif edib. Təklif razılıqla qarşılanıb.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 34 nəfər şagird Bakı şəhər mərhələsində iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.
Sonda qalib şagirdlərə sertifikatlar və yeni çap olunmuş “Müdrik siyasət və Qarabağ Zəfəri” kitabı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10

