/ / DTX-nin “Bilgəh” istirahət mərkəzində “Kiber düşərgə-2021” adlı yay məktəbinin açılışı keçirilib
DTX-nin “Bilgəh” istirahət mərkəzində “Kiber düşərgə-2021” adlı yay məktəbinin açılışı keçirilib
14.07.2021 [09:07]
İyulun 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində “Kiber düşərgə-2021” adlı yay məktəbinin açılışı keçirilib.
AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, iyulun 17-dək davam edəcək və tanınmış təlimçilərin də cəlb olunduğu tədbirin keçirilməsində əsas məqsəd proqramlaşdırma, əməliyyat sistemləri, sosial media platformaları, robot texnologiyası sahələrində fundamental bilik və praktiki bacarıqlara malik məktəblilərin seçilməsi və onlara erkən yaşlarından kibertəhlükəsizlik sahəsi üzrə vərdişlərin aşılanmasıdır.
Kiber düşərgənin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
“Kiber düşərgə-2021” adlı yay məktəbinin İstirahət mərkəzinin akt zalında keçirilmiş açılışında DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, DTX-nin kollegiya üzvləri və struktur bölmələrinin rəhbər şəxsləri, 12-15 yaşarası yeniyetmələrdən ibarət düşərgə iştirakçıları və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşı kiber düşərgə barədə ətraflı məlumat verdikdən sonra iştirakçıları salamlayan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda kibercinayətkarlıq ölkələrin milli təhlükəsizliyinə yönələn əsas təhdidlərdən biridir və bu da öz növbəsində kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatı daha da artırır. Xidmət rəisi “Kiber düşərgə-2021” adlı yay məktəbinin ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunan gənclərimizin sözügedən sahə üzrə bilik və bacarıqlarını artıracağına, onların gələcəkdə kibertəhlükəsizlik üzrə mütəxəssis kimi formalaşmalarında önəmli rol oynayacağına əminliyini bildirərək iştirakçılara uğurlar arzulayıb.
Respublikamızda informasiya texnologiyaları sahəsində görülən islahatlar barədə danışan general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı aparılan informasiya mübarizəsi çərçivəsində düşmən qüvvələrin həyata keçirdiyi kiber hücumların qarşısının digər əlaqədar dövlət qurumları ilə birlikdə qətiyyətlə alındığını xüsusi qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tədbirdə çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin misilsiz səyləri nəticəsində yeniyetmə və gənclərimizin intellektual səviyyələrinin artırılması, lazımi savada yiyələnmələri üçün hərtərəfli imkanların mövcudluğunu diqqətə çatdırmış, gənclərin kiber düşərgədə qazanacaqları bilik və bacarıqları ölkəmizin milli maraq və mənafeləri naminə uğurla tətbiq edəcəklərinə inamını ifadə edib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışlarında belə tədbirlərin keçirilməsinin yeniyetmələrin biliklərinin və dünyagörüşlərinin artmasına mühüm töhfə verdiyini və onların gələcəkdə Azərbaycan üçün layiqli və kamil bir vətəndaş kimi yetişməsinə zəmin yaratdığını qeyd edib, dövlətimiz tərəfindən təhsilin inkişafı və gənclərin öz potensiallarını uğurla reallaşdırmaları üçün hər cür şəraitin olduğunu, bu istiqamətdə genişmiqyaslı dövlət proqramlarının və layihələrin icra edildiyini vurğulayıblar.
Qeyd edilib ki, müvafiq dövlət orqanları ilə qurulmuş qarşılıqlı və səmərəli işgüzar əlaqələr sayəsində ölkəmizdə kibercinayətkarlığa qarşı səmərəli mübarizə aparılır və bundan sonra da bu yönümdə zəruri tədbirlər davam etdiriləcək.
İştirakçıların onlar üçün yaradılmış bu fürsətdən lazımi səviyyədə yararlanacaqlarına əminliklərini ifadə edən qonaqlar “Kiber düşərgə-2021” adlı yay məktəbinin təşkilinə görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Daha sonra DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşının təqdimatında kibertəhlükəsizliklə bağlı slayd-şou nümayiş olunub.
Tədbir yeniyetmə iştirakçıları maraqlandıran suallar ətrafında panel müzakirələrlə davam edib, xaricdə yaşayan, informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərlə çalışan mütəxəssislərin onlayn çıxışları dinlənilib.
İştirakçılar istirahət mərkəzinin ərazisində təşkil edilmiş innovativ texnologiyaların sərgisi ilə tanış olduqdan sonra DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsert proqramına tamaşa ediblər.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

