Saxta hesabları necə ayırd edək?
11.01.2022 [10:31]
DTX saxta sosial şəbəkə hesabları barədə məlumat yayıb
Nicat Dilqəmli
Texnologiyanın inkişafı ilə yanaşı, bəzi dələduzlar yeni fırıldaqlıq üsulları kəşf etməyə davam edirlər. Saxta sosial şəbəkə hesabları yaradaraq insanları bu və ya digər şəkildə aldadanlar ifşaedici haqqında məlumatlar rəsmi qurumlar tərəfindən mütəmadi olaraq paylaşılır, barələrində qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri tətbiq edilir. Bütün bunlara baxmayaraq, fırıldaqlıq etmək üçün “azad ərazi” tapan sosial media fırıldaqçıları nəinki bu işlərə son qoymurlar, hətta çox-çox təhlükəli addımlar atmağa başlayırlar. Elə ötən gün bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb: “Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizlik Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür”.
“Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytı olan “https://www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “https://www.facebook.com/DTXAzerbaijan”, “https://twitter.com/DTX_Azerbaijan”, “https://www.instagram.com/azerbaijandtx/”, “https://www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir. Bununla yanaşı, bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil. Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır”, - məlumatda qeyd edilib.
Dövlətin milli təhlükəsizliyini təmin edən qurumun adından saxtakarlıq etməyin məsuliyyətini dələduzlar həqiqətənmi dərk etmirlər? Və ya anlayırlarsa, həmin qəbildən olan saxtakarlar kimin maraqlarına xidmət edirlər? Bu kimi halların qarşısının alınması üçün dövlətimiz daha hansı addımları atmalıdır?
Sosial şəbəkələrin qanunlarına ziddir
Suallarımızı cavablandıran Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, İT mütəxəssisi Osman Gündüz “Yeni Azərbaycan”a bildirib ki, bu, qlobal problemdir: “Sosial media resursları zaman-zaman bununla bağlı açıqlamalar verib. Onlar bunu faktlaşdırırlar. Yadıma gəlir, bir neçə il bundan öncə “Facebook” xüsusi alqoritmlər hazırladı və birdən-birə yüz minlərlə səhifəni bağladı. Bu, sosial medianın qaydalarına ziddir, daxili qaydalar imkan vermir ki, hansısa saxta adlardan istifadə olunsun. Xarici təcrübədə xüsusi dövlət orqanlarının bu kimi hesablardan istifadə etməklə cinayətlərin üstünü açılması halları da var”.
Müvafiq strukturlar cəmiyyəti maarifləndirməlidir
İT mütəxəssisi hesab edir ki, bununla bağlı qanunda hansısa dəyişikliyə ehtiyac yoxdur, sadəcə cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır: “Dövlət qurumlarının sosial media hesablarını idarə edən, ictimaiyyətlə işləyən strukturları var. Onlar çalışdıqları dövlət orqanının sosial şəbəkə hesabında aktivlik göstərməlidirlər ki, hər hansı məlumatı olmayan istifadəçi həmin qurumu axtarışa verdikdə onun qarşısına rəsmi hesab çıxsın. Bununla yanaşı, vətəndaşların rəsmi hesabları tanıması üçün cəmiyyətdə bununla bağlı maarifləndirmə işi aparılmalıdır”.
Həmin şəxslər məsuliyyət daşıyırlar
Hüquqşünas Ələsgər Məmmədli bunun cinayət olduğunu deyib. Ə.Məmmədli qanunvericilikdə bununla bağlı maddənin olduğunu da xatırladıb: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Təhlükəsizlik qrupu var. Onlar bu işlə məşğul olurlar. Anonim hesab açan və ya bu kimi fırıldaqlıqla məşğul olanlarla bağlı qanunvericilikdə bu istiqamətdə fəaliyyət göstərməni deşifrə etmə və hüquqi məsuliyyətə cəlb etməklə bağlı məsuliyyət var, bu, qanunvericiliyə geniş şəkildə əlavə olunub. Cinayət Məcəlləsinin 148-1 maddəsi var”. (-red. Maddə 148-1. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.)
“Dolayısıyla, qanunvericilik imkan verir ki, bu kimi hallar xüsusilə Dövlət Təhlükəsizlik Xidməti kimi bir peşəkar quruma yönəlik bu hal baş verirsə, bunun texniki təqibə və məsul şəxsləri müəyyən edib məsuliyyətə cəlb edilmək imkanı olsun”, - deyə Ə.Məmmədli fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

