Min il sonraya göndərilən mesaj
20.01.2022 [01:14]
Milli ruhumuz necə dirildi?
İlhamə Rəsulova
1990-cı ilin 20 Yanvar hadisəsi xalqımızın həm ictimai-siyasi, həm də mədəni həyatında dönüş nöqtəsi oldu. Hər nə qədər kədərlə anılsa da, bu faciə əslində bir dövrün tarixə köçməsi, yeni dövrün başlanğıcı idi.
Qanlı yanvara gələnədək Azərbaycan ədəbiyyatı on illər boyu sovet təbliğat və senzura maşınının süzgəcindən keçmiş olsa da, milli ruhun diri saxlanmasında böyük rol oynamışdı. Xalqın yaddaşına keşik çəkən ədəbiyyat bu baxımdan, tarix elminin yol yoldaşıdır. Tarix elmi hadisəni faktlarla səciyyələndirir, bədii ədəbiyyat isə dövrün mənzərəsini bədii boyalarla əks etdirir.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin sütunlarından biri də milli ədəbiyyatımız idi desək, yanılmarıq. O vaxta qədər xalqın azadlıq ruhu mətbuatda, ədəbiyyatda, o cümlədən “Molla Nəsrəddin”, “Füyuzat” kimi nəşrlərdə boy göstərir, cümhuriyyətə gedən yola işıq salırdı. Nəzərə alaq ki, bu dövlətin ideoloji təməllərini hazırlayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə kimi ziyalılar həm də qələm adamları idilər.
Azərbaycan Sovet İttifaqının tərkibinə qatılandan sonra - dilimizin adının, əlifbamızın dəyişdirildiyi, Azərbaycan dilinin dövlət idarələrindən kənarlaşdırıldığı dönəmlərdə də xalqın ruhunun qorunmasında, müstəqillik ideyasının yaşadılmasında ədəbiyyatımız yenə də müstəsna rol oynadı.
Sovet İttifaqının ən dinc, ən çörəkli dönəmlərində belə şair və yazıçılarımız öz əsərlərində Təbriz həsrətindən, Arazın bulanıq sularından, xalqın dərdindən yazır, milli ruhumuzun danışan dili rolunu oynayırdılar. Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ümummilli liderimiz Heydər Əliyev məhz bu mülahizə ilə ədəbiyyatımızın inkişafına təkan verir, milli ruhun keşiyində duran sənət adamlarımızı himayə edir, onları yad ünsürlərin təzyiqindən qoruyurdu.
Müstəqilliyimizə gətirən yollar öz başlanğıcını, ilk növbədə, ədəbiyyatımızdan götürmüşdü. Məhz milli ədiblərimizin zaman-zaman ümumxalq düşüncəsinə səpdiyi ideyaların mayalandırdığı ictimai şüur sonradan milyonlarla insanı meydanlara toplamış, onları azadlıq, müstəqillik uğrunda mübarizəyə səsləmişdi. Xüsusən də ötən əsrin 70-80-ci illərində Azərbaycan ədəbiyyatının milli-mənəvi dəyərlər müstəvisinə möhtəşəm qayıdışı, poeziya və nəsr əsərlərində azad ruh, azad fikir, azad vətən çağırışlarının güclənməsi az sonrakı mərhələdə baş qaldıran ictimai-siyasi proseslərin meydana gəlməsinə böyük təkan verdi. Yeni ədəbi-ictimai proses yeni düşüncəli nəsillər formalaşdırdı, xalqın gerçək həyatının güzgüsü rolunu oynadı. Bir sözlə, gerçəkliyə sadiq ədəbiyyat xalqdan gizlədilən gerçəklərə yeni qapı açdı.
Bu baxımdan, xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin ölkəmizdə milli düşüncənin, vətəndaş şüurunun oyanmasında danılmaz xidməti olub. Onun zamanında əl-əl gəzən “Gülüstan” poeması, eləcə də başqa poeziya nümunələri bu əsərlərin vurğunu olan saysız-hesabsız gənclərin şüurunu mayalandırmışdı. Vətəndaş şair bir sıra başqa ədiblərimiz, ziyalılarımızla çiyin-çiyinə meydan hərəkatı zamanı da sinəsini irəli verməkdən çəkinməmiş, ideya müəlliflərindən biri olduğu xalq hərəkatına ziyalı kimi də dəstək vermişdi. O zaman əli yerdən-göydən üzülmüş bir xalq üçün bu dəstəyin nə demək olduğunu xatırlayanlar bilər.
20 Yanvar faciəsi baş verəndən sonra da ədəbiyyatımız susmadı, xalqın kükrəyən qəzəbinin, ağlayan gözünün, ərşə dirənən fəryadının, sönməyən ümidinin ifadəçisinə çevrildi. Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” şeiri, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması kimi əsərlər əldən-ələ gəzib dildən-dilə düşdü, qanı axan millətin yarasına məlhəm oldu. Arif Abdullazadənin “Qanlı yaddaş” romanı, Sabir Əhmədlinin “Yanvar hekayələri”, İsi Məlikzadə, Hidayət, Rafiq Səməndər kimi yazıçıların publisistik yazıları faciə barədə həqiqətləri tarixi salnaməyə çevirdi. Nəbi Xəzri, Mirvarid Dilbazi, Fikrət Qoca, Musa Yaqub, Xəlil Rza, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Musa Ələkbərli kimi tanınmış şairlərimiz xalqımızın 20 Yanvar dərdinə onlarla şeir həsr elədilər. Dünənə qədər imperiyanı ezop dilində tənqid edən poeziyamız üzündən niqabını atıb açıq döyüşə girdi, yenə də elin görən gözü, danışan dili oldu.
Yazdılar. Yazdılar ki, gələcək nəsillər faciələrimizi, şəhidlərimizi unutmasınlar, yaşadıqları azad həyatın nəyin hesabına, kimlərin qanı bahasına başa gəldiyini bilsinlər, dostu düşməndən ayırmağı bacarsınlar. Yazdılar ki, xalqın yaddaşı pas tutmasın.
Folklorumuzda, xüsusən də bayatılarımızda yüz illərin ağrı-acısı, tarixi faciələrimizin, ümummilli dərdlərimizin bədii ifadəsi var. Yeni tariximizin bəlalarını da adını çəkdiyimiz-çəkmədiyimiz bütün bu əsərlər gələcəyə daşıyacaq. Bu şeirlər, hekayələr, romanlar xalqa onun özündən danışacaq, əsrlər boyu milli ruhun, qan yaddaşının keşiyində duracaq.
20 Yanvar faciəsi bizə öyrətdi ki, ölənlər qalanlara qələbə çala bilərmiş. Bu qələbənin qazanılmasında ədəbiyyatımızın da böyük payı var. Çünki ölümdən sonra yaşamağın tək yolu xalqın yaddaşına hopmaqdan keçir. Sənət də məhz bu missiyanı yerinə yetirir.
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

