Gənclərin elmə gəlməsinə ciddi maneə
28.01.2022 [23:13]
Nicat DİLQƏMLİ
Fəlsəfə doktoru olmaq istəyənlər Birinci vitse-prezidentə müraciət ünvanlayıblar
Fəlsəfə doktoru imtahanında keçid (minimum) balının yüksək olması namizədlərin ciddi narahatlığına səbəb olub. Belə ki, bir qrup doktorant xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid (minimum) balının yüksək olması ilə əlaqədar müraciət edib. Müraciətdə bildirilir ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanı “minimum” imtahan kimi qəbul edildiyi təqdirdə Azərbaycanda təhsil alan doktorant və dissertantlardan minimum 70% (35/50) müvəffəqiyyət göstəricisinə malik olan imtahan nəticəsi tələb edilir. Bu da keçid balının “minimum” imtahanının şərti adına zidd olması ilə yanaşı, ölkədə təhsil alan doktorant və dissertantların dissertasiya işlərini müdafiə etmələrinə əngəl yaradır.
“Qeyd etmək istərdik ki, minimum 70% olaraq təyin edilmiş keçid balının yüksək olması səbəbindən 14.02.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 195 nəfər doktorant və dissertantdan 147 nəfər, 20.06.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 244 nəfər doktorant və dissertantdan 203 nəfər, 19.12.2021-ci ildə həyata keçirilmiş xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 316 nəfər doktorant və dissertantdan isə 248 nəfəri dissertasiya müdafiəsinə buraxılmayıb”, - deyə müraciətdə qeyd olunur.
Müraciət müəllifləri bunları nəzərə alaraq aşağıda qeyd edilmiş nüansların həllini tapmasına köməklik göstərilməsini xahiş edirlər:
- 2019-cu il 11 iyun tarixindən əvvəl Azərbaycanda doktorant və dissertantura pilləsinə qəbul edilmiş şəxslərin xarici dil üzrə fəlsəfə doktoru imtahanının (minimum) əvvəlki qaydada keçirilməsini, qəbul zamanı topladıqları balın xarici dil üzrə fəlsəfə doktoru imtahanının (minimum) balı olaraq qəbul edilməsini, yaxud məsələnin digər şəkildə həllini tapmasına.
- Dil bilikləri üzrə Ümumavropa Çərçivə Sənədinin (The Common European Framework of Reference for Languages - CEFR) B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) təqdim edildiyi halda həmin sertifikatların qüvvədə olduğu müddətdə namizədlərin xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunmaları nəzərdə tutulur. CEFR səviyyə adlarına uyğun olaraq B2 səviyyəsi isə orta səviyyə (Intermediate) kimi qiymətləndirilir. Bu isə IELTS üzrə 5,5 - 6,0 bala mütənasib olaraq qiymətləndirilib. IELTS imtahanının maksimum 9 bal olduğunu nəzərə alsaq, 5,5 bal 61%-ə bərabər olacaq. Dövlət İmtahan Mərkəzinin həyata keçirmiş olduğu xarici dil üzrə fəlsəfə doktoru imtahanı zamanı toplaya biləcəyimiz maksimum balın 50 bal olduğunu nəzərə alsaq, B2 kateqoriyası ilə müqayisə etdikdə 61% nəticə 50 bal üzərindən 30,5 bala ekvivalent sayılacaq. Bu səbəbdən xarici dil üzrə fəlsəfə doktoru imtahanının keçid balının B2 səviyyəyə ekvivalentləşdirilib, 35 baldan 30 bala keçirilməsinə.
Bəs mütəxəssislər bu barədə hansı fikirdədirlər, dünya təcrübəsində doktoranturaya qəbul olunmaq üçün hansı şərtlər tətbiq olunur?
Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov imtahanların keçirilmə qaydasını xatırladıb: “Doktoranturaya və dissertanturaya qəbul pilləsində təhsil almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. Bu proses 3 mərhələdən ibarətdir: 1 - sənəd qəbulu, 2 - imtahanlar.
Doktoranturaya qəbul üçün: ixtisas fənnindən, fəlsəfə, Xarici dil. Dissertanturaya qəbul üçün (Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar): Xarici dil
Ekspert xarici dil ilə bağlı tələblərin çox sərt olduğunu, dünya reytinqli universitetlərdə belə tələblərin olmadığını da deyib: “Əlbəttə ki, elmi-tədqiqat işləri aparacaq şəxslər xarici dili bilməlidirlər. Amma nəzərə alaq ki, onlar bakalavr və magisrtatura pilləsinə bu qədər yüksək səviyyədə xarici dil öyrənməyiblər”.
Təhsil mütəxəssisi deyib ki, əvvəlki illərin nəticələrini təhlil edəndə vəziyyətin nə qədər çətin olduğunu görə bilirik: “Belə ki, xarici dil imtahanı ərəfəsində öz bilik səviyyələrini yoxlamalarına imkan yaratmaq məqsədilə 2020-ci il yanvarın 18-də doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilən elektron sınaq imtahanında namizədlər test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim edilmiş sərbəst mövzular əsasında esse də yazmışlar. İmtahanda iştirak edən 307 namizəddən 139 nəfəri (45,3% i) yazı blokuna qoyulan 20% minimal bal tələbini ödəyərək 2 və daha yuxarı bal əldə etmişdir. Təəssüf ki, sınaq imtahanı iştirakçılarından 171 nəfəri (55,16% i) yazı bloku üzrə minimal tələbi ödəyə bilməmiş və ya esseni ümumiyyətlə yazmamışdır. Sınaq imtahanı verən namizədlərdən cəmi 1 nəfəri maksimal bal - 10 bal toplamış, 3 nəfəri 9.5 bal, 1 nəfəri isə 9 bal nəticə əldə etmişdir. Ümumilikdə 67 nəfər (21,61%) yazı bloku üzrə 50% və ya daha yuxarı nəticə əldə edə bilmişdir. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazmış, bəziləri mövzudan kənara çıxmış, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazmışlar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməmişlər”.
“Xarici dillər üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanının strukturu, məzmunu, bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblər gənclərin elmə gəlməsinə ciddi şəkildə maneədir. Məhz buna görə də gənclər təhsillərini xarici ölkələrdə davam etdirməyə üz tuturlar”, - deyə Kamran Əsədov fikirlərinə əlavə edib.
Sözügedən müraciət Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, müraciətin surəti təhsil naziri Emin Əmrullayevə, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevə və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə ünvanlanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 19:16
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02

