Özümüzdən yazaq
06.03.2022 [10:27]
“Yeni Azərbaycan” kollektivinin qadın üzvlərinə qeyri-adi təbrik
Səhər saat 10-da “Yeni Azərbaycan” qəzetinin redaksiyasında iş başlayır. Boş dəhlizlərdən ayaq səsləri gəlməyə başlayır, əməkdaşlar bir-bir, deyə-gülə öz masalarının arxasında yerlərini tuturlar. İşə hər nə qədər tez gəlsən də, görürsən ki, baş redaktorun müavini, redaksiyamızın lokomotivi Nəzirə Nurullayevanın qapısı açıqdır. Onun işi hamıdan gec bitib, hamıdan tez başlayır. Hamıdan qabaq gəlib gündəlik mövzuların tərtibinə başlayır. Nəzirə xanım - bu rəngarəng xarakterli qadın olmadan redaksiyanın işini təsəvvür etmək çətindir. Bəzən sərt, bəzən mehribandır. Bilirsən ki, işlə bağlı hansısa məsələyə görə əsəbləşib, coşub-daşsa da, 5 dəqiqə sonra kömək üçün yanına getsən, “yox” deməyəcək, anlayışla qarşılayacaq, əlindən gələni əsirgəməyəcək. Qəşəng gülüşü var - şirin, kişmişi. Evdə bişirib gətirdiyi şirniyyatlar daima masasının üzərindədir. Otağına girib-çxan hər kəsi qonaq edir, əlinin duzu var, dadlı bişirir. Bu qədər işin-gücün arasında mətbəxə necə vaxt tapır anlamaq olmur. Çünki az öncə dediyim kimi, redaksiyanı ən gec o tərk edir. İşi bəzən gecə saat birə, ikiyə, hətta üçə qədər uzana bilir. Xəstələnsə də, ağrısa da daim işinin başındadır. Hərdən zarafatla deyir ki, “evi telefonla idarə edirəm”. Tez-tez zəng vurub, evdə uşaqların nə yedikləri ilə, dərsləri ilə maraqlanır, gah irad bildirir, gah nəyisə tapşırır. Redaksiyada hər kəsə diqqət göstərməyi bacarır. Bəzən iradlarını sevgiyə büküb deyir, bəzən “yoruldum” deyib özündən çıxır. Yaxşı yazıları təqdir edib, qol-qanad verməyi də var, başdansovdu yazılara görə “dərs keçməyi” də. Gənc jurnalistlərin yetişdirilməsinə xüsusi diqqət ayırır. Bir sözlə, Nəzirə xanım hamıya, hər yerə yetişir. O olmadan səssizlik çökür hər yerə. Səsimiz-küyümüz, həyəcanımız, sevincimizdir o bizim. Onu sevmək də, sevgisini qazanmaq da asan deyil. Özü haqqında söz düşəndə deyir: “mən çətin qadınam”. Amma bir tanıdınmı, onu sevməmək mümkün deyil. Onu “çətin qadın” edən sadəcə həyatı, insanları yaxşı tanımasıdır. Güvənini qazanan insan üçün ömürlük dost, sadiq yoldaşdır. Bir sözlə, yaxşı jurnalist, gözəl qadındır. Bayramınız mübarək, əzizimiz Nəzirə xanım.
Səba Ağayeva saytımızın redaktorudur. “Sərvi boylu”muzdur o bizim. Çox sakit, səssiz təbiəti var. Az-az danışsa da, hiss edirsən ki, ancaq düzünü deməyi sevir, ədalət duyğusu güclüdür. Bəyəndiyi yazılar barədə fikir bildirməyə xəsislik etmir. Mehriban qadındır. Təbəssüm bir qadının üzünə bu qədər yaraşarmı? Səba xanım gülümsəyincə otağa işıq dolur. Siz hər zaman gülümsəyin, Səba xanım, üzünüz də gülsün, ürəyiniz də.
İlhamə Həkimoğlu
Tanrı bu xanımı yaradanda gözəlliyə aid nə varsa, əsirgəməyib. Deyirlər, gözəl xanımların heç də hamısının xasiyyəti ürəkaçan olmur. Amma İlhamə xanım haqqında bunu demək ən azından nadürüstlük olar. 8-ci səhifəmizin kraliçası olmaq hər kəsə nəsib olmur ki, bizim İlhamə xanıma nəsib olub. Bu yaxınlarda özünə yeni təxəllüs götürsə də, şirin-şəkər üslubuna vəfalıdır. Aktual sosial problemləri hamının ürəyindən keçən tərzdə qələmə almağı bacarır. Qələminə də ki, söz ola bilməz - Azərbaycanın müxtəlif bölgələrinin arxaik sözlərindən, ibarələrindən elə ustalıqla istifadə edir ki... Gözəlliklə yanaşı yumşaq xasiyyəti, xoş aurası da var bu xanımın. Kollektivin xeyir-şər günündə başda olandır İlhamə xanım. Redaksiyamıza gələn tort sovqatının bölüşdürülməsindən tutmuş, ta ad günlərinin təşkilinə qədər. İki oğul balanın xeyir işində qol götürüb süzdürək, inşallah, ay İlhamə xanım.
Müşfiqə Bayramlı çox maraqlı qızdır. Nə qədər ki, tanımamısan soyuq, uyuşmaz təsir bağışlayır. Amma əslində səmimi, söhbət etməyi sevən, özünü yaxşı yetişdirmiş gənc bir xanımdır. Daim üzərində işləyir, öyrənir. Onun dilindən “yoruldum”, “ bəsdir” sözlərini eşidə bilməzsiniz. Enerjisi o qədər çoxdur ki, bir yerdə otura bilmir. Bir də gördün, kəpənək kimi yüngül addımlarla redaksiyada otaq-otaq gəzir. Hər otağa qonur, görüşür, söhbətləşir. Stress atıb gedir, yenidən yazmağa. Hər gün mütləq yazmaq üçün maraqlı mövzular tapır. Bütün redaksiya heyəti olaraq onun haqqında bir arzumuz var - tezliklə Müşfiqənin toyunda iştirak etmək. Özün kimi, bəxtin də gözəl olsun, Müşfiqə.
Günel Abbas bizim ən balacamız, ən ərkəsöyünümüzdür. Mən ona “deyingən şirin”im deyirəm. Haqsızlığa əsla dözməz. Az hallarda nədənsə məmnun görünür. İşləri düz gəlməyəndə deyinir, amma bu deyingənliyi mütləq otaq yoldaşlarının gülüşünə səbəb olur. Tez-tez özüylə yaşıd olan, universitetdə birlikdə oxuduğu həmkarı Nicatı hədələyir. Nicat nəyisə düz etməsə “vallah, hirsimi səndən çıxıb, səni öldürəcəm” deyir. Bu şirin zarafat hamımıza xoş gəlir, hərdən yorulanda “Ay Günel, niyə susmusan, səsin gəlsin” deyirik. Asi xarakterinin altında çox mehriban bir qız gizlənib. Onun işdə olmadığı günlərdə dadımız-duumuz olmur. Güneli hamımız sevirik. Bayramın mübarək, balaca qız.
Yeganə Bayramova da nur üzlü əməkdaşımızdır. Yenicə ana olduğu üçün redaksiyaya az gəlsə də, necə yaxşı qız olduğunu hamımız bilirik. Xətri bizə əzizidir. Çox mehriban, çox istedadlı bir xanımdır. Körpə balası hələlik necə bir gözəl anasının olmasından xəbərsizdir. Amma gələcəkdə anasıyla qürur duyacağından əminik. Qadınlar bayramın mübarək olsun, gənc və gözəl ana!
Aytən Səadəti də korrektorumuzdur. Çox sakit, təmizkar, mehriban xanımdır. Üzünü çox az görürük. Gələn kimi, başını salıb başlayır işlərini görməyə. Hərdən balaca, şirin qızını da özüylə işə gətirir. Aytənin səsini az eşitsək də, aurasının işıqlı olduğunu görürük. Sanki adı kimi, özü də ayla tən gəlir.
Korrektorumuz Pərvanə Hüseynovanı axşamdan-axşama görsək də, mehribanlığı ilə ürəyimizə yol tapıb. Hamıyla qaynayıb-qarışmağa cəhd edir, bir-bir hamıyla görüşüb hərəni özünə uyğun bir şəkildə dindirir. Duzlu zarafatları olan gözəl bir xanımdır. Yazdığımız yazılarda səhvlərimiz çox olanda çalışırıq gözünə görünməyək. Bilirik ki, çox yoruruq onu. Jurnalistlərin korrektorlarsız bir günü də olmasın. Sizi də sevirik, qara yazımızın üzünü “qızardaraq”, bizim üzümüzü ağardan xanım, bayramınız mübarək.
Yeganə Əmirova mühasibimizdir. Ən yeni əməkdaşımızdır. Bu gözəl xanım elə gəldiyi gündən qaynayıb-qarışdı bizlərə. Tezliklə toyu olacaq. Həvəslə o günü gözləyirik. Kollektiv şəkildə qol götürüb oynamaq üçün. Bəs necə? “Yeni Azərbaycan”çılar yaxşı işləməyi də bilirlər, yaxşı şənlənməyi də. Bunun üçün bizə çox şey lazım deyil. Dostluq ruhunun hökm sürdüyü bir kollektivdə işləmək insana zövq verir, görülən işin keyfiyyəti yüksək olur. Eynən bizimki kimi.
Bu gün bizim “çiçək bağçamız”dan söz açdıq. Onların şəxsində bütün anaları, bacıları, qız-gəlinlərimizi təbrik edirik. Qadınlar olmadan dünyanın nə gözəlliyi olardı ki? Elə kişiləri də təbrik edirik. Ömürlərində var olan, dünyalarına nur səpən qadınlara görə.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

