11 ayın sultanı gəldi
02.04.2022 [10:47]
Oruc tutmaq hansı halda günah hesab olunur?
“Quranın buyurduğuna əsaslansaq, oruc bütün ümmətlərə vacib edilib. Quranda buyurulur ki, “iman gətirənlər, sizdən öncəkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edilir”. Orucun tarixi çox qədimdir, dəqiq bilinmir. Hətta bəzi hədislərdə qeyd olunub ki, Adəm peyğəmbər yer üzünə endikdən sonra tövbə edib və oruc tutub. Bütün dinlərdə müxtəlif formalarda oruc var. Oruc Allahın bütün insanlara, bəşəriyyətə buyurduğu vacib hökmlərdən biridir. Qurani-Kərim bu ayda nazil olub. Bu ay Quranda adıçəkilən yeganə aydır. Ramazan ayının fəziləti oruca görə yox, Qurani-Kərimin nazil olduğuna görədir. Ramazan ayının tək bir Qədr gecəsi min aydan daha fəzilətlidir. Orucluqda kim Qurani-Kərimdən bir ayə oxusa, o şəxs bütün kitabı xətm etmiş kimidir. Ramazan ayında insanın ruh halı dəyişir, metofizik aləmlə əlaqəsi möhkəmlənir. Ona görə də dualar daha tez qəbul olunur və insanlar bağışlanır. Amma biz yalnız bağışlanmaq üçün oruc tutmuruq. Bunu Allaha yaxın olmaq və əmrini icra etmək üçün edirik”. Bu sözləri “Yeni Azərbaycan”a Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Hacı Şahinlə oruc tutmağın fəzilətlərindən, dinimizin mahiyyətindən və koronavirusla mübarizə şərtləri şəraitində nələrin zərərli olub-olmayacağından danışdıq.
“Ramazan ayında bəzi insanlar səhhətinə görə, digəri isə müxtəlif bəhanələrlə orucdan yayınır. İnsana oruc vacib buyurulub. Lakin bəzi istisnalar var. Bu istisnalar Qurani-Kərimdə də Allah tərəfindən buyurulub. Ahıl, hamilə qadınlar, südverən analar, müalicə alıb dərman qəbul edənlər, zəif immunitetli, müəyyən təhlükəli xəstəliyi olan insanlar istisna qrupuna daxildir. Əgər oruc şəxsin səhhətinə zərər verirsə və şəxs ziyanı bilərəkdən, oruca davam edirsə, bu, günah hesab olunur. Önəmli olan oruc tutmaq deyil, Allahın əmrinə itaət etməkdir. Ramazan ayında nemətin qədri bilinir. Bu ay bizə insanlığımızı xatırladır və kimliyimizi sübut edir. İnsan özünə yox deməyi bacararaq, yalnız bir parça ət və ya bioloji varlıq olmadığını, mənəviyyatını sübut edir. İmtina etməyi bacarmaq və gözütox olmaq böyüklük əlamətidir. Ramazan ayında günahlar bağışlanır, bu ayda insan sanki yenidən doğulur. Oruc Allahın vacib buyurduğu bir hökmdür. Onun dərin fəlsəfi qatları var. Günahların bağışlanması Allahın oruc tutan şəxsə hədiyyəsidir. Qeybət etmək, qəlb qırmaq, quyu qazmaq orucun keyfiyyətinə mənfi təsir göstərir. Oruc zamanı bu kimi mənfi hallardan maksimum uzaq qalmalıyıq”, - deyə o, bildirib.
Bəzən namaz qılmayan şəxslərin oruc tutmasının düzgün olmadığını deyənlər də tapılır. Bu fikrə münasibət bildirən Hacı Şahin qeyd edib ki, namaz da, oruc da vacibdir. “Elə bir qayda yoxdur ki, namaz qılmayan şəxs oruc tuta bilməz. İnsan oruc tutursa, bu, onun Allaha doğru atdığı müsbət addımdır. Radikal yanaşmaq lazım deyil. Namaz və oruc fərqli ibadətlərdir”.
İlahiyyatçı oruc qaydalarını bir daha xatırladıb: Sübh azanından axşam azanına qədər insan bir sıra əməllərdən: yemək, içmək, cinsi münasibətdə olmaq, başı suya batırmaqdan çəkinməlidir. Allahın peyğəmbərlərinin və imamlarının adından yalan danışmaq olmaz. Qatı tüstü qəbulu qadağandır. Səhərə qədər qüsul almadan sübh azanına qədər qalmağa icazə verilmir. Bu kimi əməllər orucu batil edər. Oruc sırf yemək və içməyi tərk etməkdən ibarət deyil. Onun fəlsəfi əsasları var. Oruc insan kimliyinə verilən praktiki cavabdır. Ramazan ayı insana izah edir ki, o, yalnız bioloji varlıq deyil. Həm də öz istəyinə “yox” deməyi bacarandır. Digər canlılar bu hisdən məhrumdurlar. Allaha inananımız da, inanmayanımız da özü ilə mübarizə aparır. Müxtəlif istəklərlə üz-üzə qaldıqda birini seçirik. Daima mübarizə halındayıq. Bu, insana xas, özəl xüsusiyyətdir.
“Virusa yoluxmuş insanın oruc tutmağı düzgündürmü?” sualını cavablandıran Hacı Şahin bu məsələdə həkimin qərar verməli olduğunu bildirib.
“Sağlam insanlar həkim məsləhəti ilə rahatlıqla oruc tuta bilər. Əgər qaydalara riayət olunsa, oruc immuniteti zəiflətməz. Virusa yoluxmuş şəxs isə yalnız həkim məsləhəti ilə buna qərar verə bilər. “Əgər oruc tutsam, virusa yoluxacağam” adlı elmi fikir varsa, bu halda tutmaya bilərlər. Bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir, eyni zamanda, ölkə vətəndaşları arasında koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Koronavirusa qarşı peyvənd orucu pozmur. Orucu yalnız qidanı əvəz edən iynələr poza bilər. Hər hansı iynə qidanı əvəz etmirsə, bu, orucun pozulmasına səbəb olmur. Ramazan ayında da vaksindən istifadə oruca təsir etmir və hər hansı mənfi tərəfi yoxdur”.
Hacı Şahin qeyd edib ki, müxtəlif səbəblərlə oruc tuta bilməyən şəxslər orucun kəffarəsini imkansız ailələrə yardım etməklə əvəzləyə bilərlər.
O, əbədiyyətə şiddətlə inancın insanı tərki-dünya fikirlərə salmamasının vacibliyindən də danışıb.
“Allaha, axirətə, əbədiyyətə inanmaq o demək deyil ki, insan bu dünyaya ötəri baxmalıdır. Həyatı mənalı və məsuliyyətli yaşamaq lazımdır. Bütün diqqəti axirətə yönəldib, tərki-dünyalıq etmək olmaz. İslam bunu bizə qadağan edib. Məhəmməd peyğəmbər buyurmuşdu ki, “heç zaman ölməyəcəksənmiş kimi bu dünya üçün, sabah öləcəksənmiş kimi axirət üçün çalışın”. Quranı, İslamı düzgün anlamaq lazımdır. Vaxt ötdükcə insanlar Qurana fərqli yanaşmağa başlayır və Quran bu baxımdan zamana uyğunlaşır. Hədislərimizdə də var ki, zaman keçdikcə Quran daha fərqli və dərin mənalar kəsb edə bilər. Quranın tərcüməsi bütün əsrlərdə olub və davamlı bir prosesdir. Quran get-gedə müasir dövrə uyğunlaşır, hər dəfə yeni mənalar kəşf olunur və izah şəklində qeydə alınır. Quranda elmi həqiqətlər var. Amma bütün elmlər haqqında Quranda məlumat axtarmaq, Quran bizə hər şeyi bildirir demək səhv yanaşmadır. Quran mənəviyyat ensiklopediyasıdır. Quran nə qanun, nə elmi kitabdır. Quran oxumaqla hər şeyi bilmək olar fikri olduqca yanlış bir yanaşmadır. Bu zərərli fikirlər nəticəsində müsəlmanlar uzun illər inkişafdan qalıblar. İnsan elmdən istifadə etməli, inkişaf etməyə çalışmalıdır”.
“İnsanlar Allahdan çox zaman qorxduqları üçün ibadətə üz tuturlar. Halbuki ibadət vicdan məsələsidir. Öncə Allahı sevmək, əmrlərini dərk etmək sonra tövsiyə etdiyi qaydalarla yaşamaq lazımdır. O zaman heç nə insana çətin və qaranlıq görünmür”, - deyə ilahiyyatçı bildirib.
İlhamə HƏKİMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

