Təbrizdəki “erməni muzeyi”... Kimə, nəyi və necə göstərəcək?
22.04.2022 [10:48]
İlhamə HƏKİMOĞLU
İRNA agentliyi aprelin 21-də İran hökumətinin rəsmilərinin iştirakı ilə Təbrizdə erməni muzeyinin açılacağını bəyan edib. Bu barədə məlumat verən Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə bildirib ki, sözügedən muzeyin açılmasına rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopu Qriqor Çiftçiyan təkilatçılıq edib.
Yepiskop Qriqor Çiftçiyan Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib. O, indiyə qədər bu idarə tərəfindən Şərqi Azərbaycanda “çox sayda erməni abidələri”nin təmir edildiyini də söyləyib.
Qəribədir ki, Şərqi Azərbaycan vilayəti və Təbrizdə azərbaycanlıların tarixi abidələrinin böyük əksəriyyəti baxımsızlıqdan dağılsa da, adında Azərbaycan sözünü daşıyan həmin idarəni bu əsla narahat etməyib. Təbrizdə azərbaycanlılara aid muzey var, lakin buradakı məşhur və qiymətli eksponatların demək olar ki, hamısı xaricə satılıb.
İRNA agentliyinin məlumatına görə, artıq Erməni Tarixi Muzeyinin yeri seçilib. Bu, Təbrizdə 115 illik tarixi olan “Əsədi” adlı erməni məktəbinin binasıdır. Bərpa işlərindən sonra bina muzey kimi fəaliyyət göstərməyə başlayacaq. Şərqi Azərbaycan əyaləti rəsmisinin sözlərinə görə, muzeydə toplanan eksponatlar erməni ailələri tərəfindən muzeyə hədiyyə olunub və ən qədim eksponatın tarixi 500 il bundan öncəyə aiddir.
İranın Azərbaycandakı səfirliyindən iki xalqın tarixi irsinə göstərilən bu ikili münasibətin səbəbini öyrənməyə çalışdıq. Səfirliyin cavabı belə oldu: “İranda tarixi abidələrin və mədəni irsin qorunması İranın Turizm və Mədəni İrs Nazirliyinin prioritetlərindən biridir. İranda yəhudilər, xristianlar və zərdüştilər kimi dini azlıqlar yüz, hətta min illər boyu müsəlmanlarla birgə yaşayıblar və İranın müxtəlif yerlərində onların kilsələr, sinaqoqlar və digər ibadət yerləri də daxil olmaqla öz binaları və abidələri var. İran dövləti İran tarixinə və sivilizasiyasına aid olan bu əsərlərin qorunub saxlanması üçün daim proqramlar həyata keçirmiş, hansı dini azlığa mənsub olmasından asılı olmayaraq, muzey yaratmaqla yanaşı, bu əsərləri də qoruyub saxlamağa və bərpa etməyə çalışmışdır”.
Bu İranda açılan ilk erməni muzeyi deyil. 2016-cı ildə İranın Şərqi Azərbaycan vilayətinin Culfa şəhəri yaxınlığında erməni muzeyi açılıb. Surb Stepanos monastırının nəzdində inşa edilən muzeydə İran ermənilərinin tarixi və həyatları ilə bağlı məlumatlar yer alıb.
Cənubi Azərbaycanda nə qədər azərbaycanlının yaşadığını rəsmi rəqəmlərlə söyləmək çətindir. Çünki soydaşlarımızın sayı barədə dəqiq araşdırma aparılmır. Bir neçə il öncə İranın sabiq xarici işlər naziri Əliəkbər Salihi Türkiyədə səfərdə olarkən İran əhalisinin 40%-nin türk dilində danışdığını söyləmişdi. İran dövlətinin 83 milyon əhalisi olduğunu nəzərə alsaq, onun 40 faizi 35 milyon nəfər edir. İranda doğulub xarici ölkələrə mühacir etmiş digər soydaşlarımız bu ölkədə azərbaycanlıların sayının 50 milyonu ötdüyünü iddia edirlər.
2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz öz sosial şəbəkə hesabında İran şəhərlərində yaşayan azərbaycanlıların siyahısını dərc etmişdi. Həmin siyahını təqdim edirik:
Tehran: 8 milyon 260000
Qərbi Azərbaycan: 4 milyon 200000
Şərqi Azərbaycan: 5 milyon 150000
Həmədan: 2 milyon
Zəncan: 1 milyon 750000
Qəzvin: 1 milyon 570000
Ərdəbil: 1 milyon 770000
Gülüstan: 1 milyon 950000
Əlborz: 4 milyon 100000
Sava şəhəri: 430000
Ərak şəhəri: 670000
Qum: 1 milyon 107000
İsfahan: 1,170,000
Kürdüstan: 5 00000
Xorasan: 4 milyon 670000
Bu hesabla sözügedən şəhərlərdə azərbaycanlıların ümumi sayı 39 milyon nəfərdən çoxdur. O ki qaldı Təbrizə... 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə Təbriz dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi. 2017-ci ilin statistikasına əsasən, hazırda Təbrizdə 1,558,693 nəfər yaşayır, şəhərdə əsas danışıq dili Azərbaycan dilidir və mütləq əksəriyyəti azərbaycanlılar təşkil edir. Amma Təbrizdə muzey elə muzeyə qoyulacaq qədər azlıq təşkil edən ermənilərə açılır. Bu gün Təbrizdə erməni tarix muzeyi yaranırsa, bu addım yaxın gələcəkdə onların Təbrizin də guya qədim erməni şəhəri olması iddialarını səsləndirməsinə şərait yaradacaq. Artıq eksponatlarının yaşını 500 il elan etməklə ermənilər ilk addımı atmış oldular.
Xatırladaq ki, 2010-cu ildə ermənilər Təbrizdə Ermənistan konsulluğunun açılması təşəbbüsünü irəli sürsələr də, Güney Azərbaycan Milli Hərəkatı bunun baş tutmasına imkan verməmişdi.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03

