“Krım-Konqo”, kəskin hepatit...
19.05.2022 [10:03]
Ölkəmiz üçün təhlükə varmı?
Nicat
Artıq bir neçə gündür bəzi ölkələrdə yeni növ virusların yayılmasına dair xəbərlər istər yerli, istərsə də xarici mətbuatda dərc olunur. Belə ki, son bir neçə həftə ərzində dünyada uşaqlar arasında mənşəyi məlum olmayan ağır hepatit virusuna 200-dən çox yoluxma halı qeydə alınıb, üstəlik, bu, Böyük Britaniya, İspaniya və ABŞ kimi inkişaf etmiş ölkələrdə baş verib. Bununla əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı hepatit virusunun nə olduğunu və uşaqları ondan necə qorumaq barədə məlumat yayıb.
Kəskin hepatit nədir? Hansı əlamətləri var?
Qorunma yolları nələrdir?
Mövzunu oxucularımız üçün araşdırdıq. Məlum oldu ki, bu, kəskin qaraciyər iltihabı ilə bağlı termindir. Kəskin hepatit virusuna həm infeksiya, həm də infeksiya ilə bağlı olmayan amillər səbəb ola bilər. Kəskin hepatit virusunun üç əsas növü mövcuddur: hepatit A, B və C. D və E hepatit viruslarına daha az rast gəlinir, xüsusilə də yüksək gəliri olan ölkələrdə.
Necə yayılır?
Ağır kəskin hepatit azyaşlı uşaqlar arasında nadir hallarda müşahidə olunur. Virusa yoluxma haqqında ilk məlumatlar Şotlandiyadan daxil oldu. Ardınca, məlumatın əhatə dairəsi genişləndikcə, həyəcanlı məlumatlar Birləşmiş Krallığın digər regionlarından və dünyanın digər ölkələrindən daxil olmağa başladı. Məlumatda qeyd edilir ki, bu xəstələrdə kəskin hepatit virusuna səbəb olan viruslar aşkar edilməyib. İndiki informasiyaya görə, əhəmiyyət kəsb edən amillər qismində beynəlxalq səfərlər və ya digər ölkələrlə əlaqə də qeyd edilmir.
Həyəcan təbili çalmağın vaxtıdırmı?
Yuxarıda qeyd edilən məqamlar - virus hər nə qədər nadir olsa belə - ciddi yanaşmanı tələb edir. Digər yarana biləcək halların aşkar edilməsi ilə bağlı növbəti qabaqlayıcı tədbirlərə ehtiyac duyulur, bununla belə təkcə qeyd edilən ölkələrdə deyil. İlk növbədə, bundan sonra profilaktika və nəzarət tədbirlərini dəqiqləşdirmək üçün xəstəliyin səbəblərini müəyyən etmək lazımdır.
Xəstəliyin hansı yaranma səbəbləri ehtimal edilir?
Təşkilatın yaydığı rəsmi məlumatda bildirilir ki, xəstəliyin yaranma səbəbləri dərindən araşdırılır: “Biz mümkün izahatların axtarışı çərçivəsində ölkələrlə və tərəfdaşlarla sıx əməkdaşlıq edirik. Potensial səbəblərin geniş dairəsi tədqiq edilir. Əsas fərziyyələrdən birinə görə, xəstəliyə səbəb adenovirusdur. Bu, insandan insana ötürülə bilən və uşaqlarda tənəffüs simptomları, qusma və ishala səbəb olan yayılmış viruslar qrupudur. Bu fərziyyə xəstəliyin ağır klinik təsirlərini tam həcmdə izah edə bilmir. Zəifləmiş immun sistemi olan uşaqlarda adenovirus infeksiyası səbəbindən hepatit virusuna yoluxma halları qeydə alınıb.
Birləşmiş Krallıqdan olan mütəxəssislər qrupu mümkün amillər kimi COVID-19 pandemiyası zamanı adenovirus sirkulyasiyasının aşağı səviyyədə olması səbəbindən azyaşlı uşaqlarda adenovirus infeksiyasına qarşı yüksək həssaslığı, və ya yeni adenovirusun peyda olunması, və ya adenovirus və SARS-CoV-2 virusunun birləşməsini göstərib. Bu fərziyyələr əlavə araşdırma tələb edir.
COVID-19 ilə əlaqəsi varmı?
Bəzi hallarda SARS-CoV-2 virusuna yoluxma halı aşkar edilib. Eyni zamanda, hepatitin qeydə alındığı ölkələrin bir çoxunda COVID-19-un geniş yayılması müşahidə olunur və indiki klinik mənzərədə SARS-CoV-2 virusunun potensial rolu aydın deyil.
Qorunma qaydaları sadədir
Mütəxəssislər deyir ki, bu, geniş yayılan bir virus deyil. Lakin buna baxmayaraq, hepatit virusunun simptomlarına diqqət yetirilməlidir. Əlamətlər bunlardır: kəskin ishal, qusma, qarın ağrısı və sarılığa (dəri və göz ağlarının saralması). Yoluxan uşaqların bir çoxunda temperaturun artması müşahidə edilməyib. Viruslardan qorunmaq üçün adi tədbirlər görmək lazımdır - əllərin düzgün yuyulmasını və tənəffüs yollarının düzgün gigiyenasını təmin etmək (öskürərkən və asqırarkən ağzı örtmək və s.) lazımdır.
Krım-Konqo nədir?
Son günlər rast gəlinən viruslardan biri də Krım-Konqo virusudur. Belə ki, İranın bəzi əyalətlərində “Krım-Konqo” qızdırma virusu yayılıb.
İranın Mərkəzi əyalətinin Tibb Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Nadir Zərrinfər virusun yayılması ilə bağlı xəbərdarlıq edib, tibb işçiləri və əhalini ehtiyatlı olmağa çağırıb: “Ölkənin iki əyalətində “Krım-Konqo” qızdırması ilə bağlı çox sayda müraciətlər olunub. Əhali və tibb işçiləri bu xəstəliyi ciddi qəbul etməlidir”. Professor virusun hansı əyalətlərdə yayıldığını və neçə nəfərin virusa yoluxduğunu açıqlamayıb.
Bəs adıçəkilən virus haqqında hansı məlumatlar tibb elminə məlumdur?
Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Mövcud olan hepatit B, C, D, və. s viruslarının hər biri Hepatit A (İnfeksion sarılıq) xəstəliyinin öz formasını dəyişiməsi nəticəsində yaranan viruslardır. Bəşəriyyətdə mövcud olan çoxsaylı virusların bəziləri hava - damcı yolu ilə yoluxur, bəziləri isə qan vasitəsilə insan orqanizminə daxil olur. Yoluxucu viruslar arasında eləsi var ki, insan bədənində çox ciddi patoloji dəyişikliklər törədir. Krım-Konqo hemorragik qızdırma xəstəliyi də həmin kateqoriyaya aiddir. Hava-damcı yolu ilə yayılan bu xəstəliyin qısa müddətdə epidemiya təhlükəsi var. Xəstəliyin ölüm əmsalı 40 faiz təşkil edir və müalicəsi simptomatikdir. Bu xəstəlik ilk dəfə 1944-cü ildə Krımda müəyyən edilib. 1956-cı ildə isə yenidən Konqoda müşahidə olunub. Virus məhz buna görə “Krım-Konqo” adlandırılıb.
Hələ üç il öncə bu virusun Türkiyədə və İranın Ərdəbil vilayətində geniş yayılması haqqında xəbərlər yayılmışdı. Mütəxəssislərin fikrincə, Krım-Konqo virusu ölkəmiz üçün xas deyil.
Narahatlıq hiss olunduqda, həkimə müraciət etmək tövsiyə olunur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

