Aylıq maaş 83 975 dollardır
21.05.2022 [13:27]
İrimiqyaslı şirkətlərin seçimi “Java”
Günel ABBAS
Bu gün insanlar daha çox məvacibin yüksək olduğu sahələrdə mütəxəssis olmaq, məhz həmin sahələri öyrənmək istəyirlər. Hazırda bir çox iri layihələrin işlənib hazırlanmasında istifadə olunan, şirkətlər tərəfindən böyük tələbat olan “Java” həmin proqramlardan biridir. Bu proqramın mövcud olduğu sahədə geniş imkanlar və innovasiyalar var. Java-proqramçılarının aldıqları məvacibin çox olmasının səbəbi layihələrin işlənib hazırlanmasının ucuz başa gəlməsidir.
“Java” necə yaranıb?
“Java” proqram dili rəsmi olaraq ilk dəfə 23 may 1995-ci ildə istifadəyə təqdim olunub. Başlanğıcda Oak (“palıd”) adlandırılan bu dil Ceyms Qoslinq tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılıb. Daha sonra bu ad “Java” ilə əvəz olunub və server proqram təminatının yazılması üçün istifadə olunmağa başlayıb. Bu proqramlaşdırma dili “Java” kofe markasının şərəfinə adlandırılmış və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur. “Java” ilk olaraq mobil telefonlar kimi rəqəmsal mobil qurğularda istifadə üçün nəzərdə tutulmuşdur. İllər keçdikcə proqram internetdən istifadə üçün uğurlu bir dil kimi inkişaf etmişdir.
Müasir dövrdə “Java” ən populyar proqramlaşdırma dillərindən biridir, çünki ondan yüngül və sürətli olan və müxtəlif məqsədlərə xidmət edən fərdiləşdirilmiş proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Proqramçı olmağı düşünənlərin məhz “Java” ilə başlamağının bir çox səbəbi var.
Əvvəla “Java” kifayət qədər populyardır və yüksək maaş vəd edir. Bu proqramlaşdırma dilində işləyən proqramçının orta aylıq məvacibi 83 975 dollardır. “Java” dünyanda təxminən 9 milyon tərtibatçı tərəfindən istifadə olunur və Oracle bloqlarına görə, dünyada təxminən 15 milyard cihazda işləyir. “Java”ya yüksək tələbat olduğundan tərtibatçıları da çox tələb olunur və onlar ən yüksəkmaaşlı işlərə sahibdirlər.
Eləcə də “Java”nı öyrənmək digər proqramlaşdırma dillərini öyrənməkdən asandır. “Java” dili ingilis dilinə oxşar sintaksisə malik olduğundan onu qısa müddətdə başa düşmək olar. Bununla yanaşı proqramlaşdırmanı öyrənmək üçün “Java” yaxşı baza təmin edir. Bu, digər proqramlaşdırma dillərini (C, C# və C++ kimi) öyrənmək üçün yaxşı bir addımdır. Bu halda dili öyrənməklə yanaşı, proqramlaşdırmanın bəzi əsaslarını da öyrənmək mümkündür. “Java” həm də obyekt yönümlü proqramlaşdırma (OOP) dilidir.
Növbəti olaraq “Java” yetkin bir dildir. Proqramlaşdırmada yeni olanların qarşılaşacağı demək olar ki, hər hansı bir problem başqası tərəfindən həll olunub. Verilə biləcək istənilən sual artıq bəzi proqramçılar tərəfindən verilib, cavablandırılıb və onlayn yerləşdirilib. Tapşırıqda ilişib qalanda isə köməyə çatacaq çoxlu resurs mövcuddur.
“Java”nın fərdi proqramçılar arasında çox populyar olmasının səbəblərindən biri onun Oracle Binary Code License (BCL) altında ödənişsiz olmasıdır. Bu o deməkdir ki, “Java” inkişaf və sınaq mühitləri üçün pulsuzdur, lakin kommersiya məqsədləri üçün kiçik bir ödəniş tələb olunur. Digərlərindən fərqlənmək istəyən proqram tərtibatçılar “Java” proqramlaşdırma dilini öyrənməklə buna nail ola bilərlər.
“Java” biznes proqramları, avtomatlaşdırılmış testlər, mobil oyunlar və s. yaratmaq üçün də istifadə edilə bilər. “Android”, “Nasa”, “Apple” və “Google” da daxil olmaqla bir çox aparıcı şirkətlər ondan səhiyyə, müdafiə sistemləri, texnologiya və digər sahələrdə istifadə edir. “Java” hətta Curiosity Rover üçün Marsda planetlərarası əməliyyat sistemlərini gücləndirmək üçün istifadə edilmişdir.
“Java”dan harada, nə qədər istifadə olunur?
“Java” sosial mediadan tutmuş kosmosa qədər hər yerdə istifadə edildiyi üçün şübhəsiz ki, platformalar arasında sadə kodlaşdırma ilə universal tətbiqə malikdir. Bunun nəticəsidir ki, zamanımızda 3 milyard mobil telefon və 125 milyon televizor “Java”dan istifadə edir. Bu proqramlaşdırma dili ən yaxşı proqramlaşdırma dilləri sırasında hər zaman öndədir. Bundan əlavə, “Java”nın “Write once, run anywhere” (bir dəfə yaz, hər yerdə işə sal) prinsipi ilə yaşayan çoxlu pərəstişi var.
“Java” işıq üzü görməsindən bu günədək onun 18 versiyası buraxılmışdır. Sonuncu versiya 2022-ci il martın 22-də istifadəyə təqdim edilmişdir. “Java”nın texniki fenomen olması əsasən onun hərtərəfli olması ilə bağlıdır. “Java” əlavələri istənilən əməliyyat sistemində və istənilən qurğuda işə düşə bilir. Qurğunun quruluşundan asılılığın olmaması və proqramların sadə, lakin etibarlı icra edilməsi onun əsas xüsusiyyətlərindəndir. Bu səbəbdən tələbat da olduqca yüksəkdir. Məsələn, ABŞ-dakı on kompüterin doqquzunda virtual “Java” maşını quraşdırılıb və korporativ kompüterlərin 97 faizində bu proqramlaşdırma dilindən istifadə olunur.
Azərbaycanda “Java” üzrə mütəxəssislər necə hazırlanır?
Ölkəmizdə də “Java” proqramlaşdırma dilini öyrədən bir çox kurslar var. Onlardan biri də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təqdim etdiyi hazırlıq proqramıdır. Bu proqram insanlar üçün daha əlverişlidir, çünki nazirlik tərəfindən təqdim edilən təqaüddən yararlanaraq sertifikat almaq mümkündür. Bu təlim proqramı “Java” proqramlaşdırma dili üzrə peşəkar mütəxəssislərin hazırlanması üçün yaradılıb. Təlimi bitirən şəxslər desktop tətbiqlərin yaradılması, veb saytların yaradılması, idarəedilməsi, optimallaşdırılması üzrə biliklər əldə edirlər. Təqaüdlü yerlərin tutulması prosesi müsabiqə əsasında 3 mərhələdən ibarətdir. Birinci mərhələdə məntiq testi, ikinci mərhələdə riyazi hesablama, analitik düşünmə və məntiqi proqramlaşdırma üzrə test imtahanı, üçüncü mərhələdə isə müsahibə təşkil olunur. Nəticələrə uyğun olaraq təqaüd proqramına şəxslər seçilir. Təqaüddən kənarda qalanlar şəxsi vəsaitləri ilə kursu bitirib nazirliyin rəsmi sertifikatını əldə edə bilərlər.
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

