Yarı insan, yarı canavar
26.05.2022 [10:29]
“Adam öz əzabları ilə fəxr etməlidir - hər bir əzab bizim böyüklüyümüzdən xəbər verir”. Bu, alman yazıçısı, Nobel mükafatı laureatı Herman Hessenin dünya şöhrətli “Yalquzaq” əsərindən sitatdır. Elə anlar olur ki, özümüzü bu əsərin qəhrəmanı kimi hiss edirik. Real həyatdan uzaqlaşıb, insanlardan təcrid olunmaq istəyirik. Yalquzaq xisləti ruhumuza bir anlıq hakim kəsilir. Şübhəsiz, bu obrazı yaradan Hesse özü də bu hisslərə dərindən bələd olub.
Müşfiqə BAYRAMLI
1927-ci ildə yazdığı “Yalquzaq” əsərində müəllif bir yandan çağdaş şəhərin parıltılı həyatını xəyal edir, o biri yandan vəhşi instinktlərin ardınca gedirdi. Hesse öz romanı haqqında belə deyirdi: “Əlbəttə, mənim bu hekayətimi necə yozmağı əvvəlcədən oxucunun boynuna qoya bilmərəm, heç istəmirəm də. Qoy kim necə anlayır, elə də başa düşsün, nə lazımsa, onu da götürsün. Ancaq kaş onlar görəydilər ki, yalquzağın hekayəti xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə səsləyir”.
“Yalquzaq” romanı yarı əhliləşmiş, yarı vəhşi bir tip olan Harri Haller haqqındadır. Burada modern insanın düşdüyü çıxılmaz vəziyyət, onun faciəsi ifadə olunur. Baş qəhrəman Harri Haller yaşı əllini haqlamış kişidir. İnsanlardan ayrı düşmüş Harri ilə cəmiyyət arasında dərin uçurum var. Əsərdə onun özünü yalquzaq adlandırdığı qeydlərinə də yer verilib. Ekzistensial böhran içində olan Harri özünü yarı insan, yarı canavar kimi hiss edir. Qeydlərində də yazdığı kimi, iki qanlı düşmənin bir ruhda birləşməsi onun həyatını olduqca çətinləşdirir. İntihar etməyi düşünür, lakin bu vaxt Hermine ilə qarşılaşır. Həyatın nə qədər dəyərli olduğunu ona sübut etməyə çalışan Hermine belə yalquzağın fikrini dəyişdirə bilmir.
Ən nəhayət, “Sehrli teatr” öz işinə başlayır. Burada nəyin gerçək, nəyin yalan olduğunu anlamaq qeyri-mümkündür.
Əsərə qısaca nəzər yetirək:
Yalquzaq ilk baxışdan adlı-sanlı, qeyri-adi, nadir istedada malik bir adam təsiri bağışlayır. Üz-gözündən müdriklik yağır, zərif üz cizgilərinin tez-tez dəyişilməsindən bilinir ki, çox maraqlı, dəyişkən, zərif, həssas mənəvi dünyası var.
Onun baxışlarından kinayədən çox kədər yağır - ümidsiz, hüdudsuz kədər! O baxışların mənası artıq həyat vərdişinə çevrilmiş lal bir ümidsizlikdir.
Yalquzağın baxışları zəmanəsinin dərin qatlarına işləyərək oradakı keşməkeşləri, puç həvəsləri, mənasız iddiaları, dayaz mənəvi aləmin zahiri parıltısını ifşa edir. Bu azmış kimi daha dərinlərə, daha uzaqlara baş vurur, eyiblərimizin mənbəyinə, mənəviyyatımızın dibinə, mədəniyyətimizə qədər gedib çıxır. O baxışlar deyir: “Bax, gör biz necə vəhşiyik. Bax, budur insan”.
Oxuduqca əmin olursan ki, bu əzabkeşin xəstəliyi təbiətində nəyinsə çatışmazlığı ilə bağlı deyil, əksinə, ona bəxş olunmuş istedadının bacarığı ilə dil tapa bilməməsindən irəli gəlir. Haller əzab çəkmək dahisidir. Nitsşe kimi o da özündə nəhayətsiz bir əzabkeşlik istedadı tərbiyə eləyib. Bədbinliyinin əsas səbəbi dünyaya yox, məhz özünə nifrətidir, çünki yer üzündəki təsisatdan, yaxud ayrı-ayrı şəxslər haqqında amansızcasına danışanda heç vaxt yaxasını kənara çəkmir, ilk oxu özünə tuşlayır, əvvəlcə özünü inkar edir, özünü lənətləyir.
Şəxsiyyətini əzməsələr də, özünə nifrət etməyi ona öyrədə bilmişdilər. Buna görə də ömrü boyu zəngin fantaziyasını, idrakının gücünü özünə - o günahsız, o nəcib varlığa qarşı yönəltmişdi.
Söhbət başqalarından, yadlardan düşəndə isə rəşadətlə, təmkinlə hamını sevməyə, onlara münasibətdə ədalətli olmağa çalışır, heç kəsi incitməyə qıymır, çünki İncildəki “Bəşər övladını sev” hökmünü də özünənifrət bacarığı ilə bərabər onun beyninin dərinliklərinə yeridiblər. Beləcə onun bütün həyatı “Özünü sevmədən başqalarını sevə bilməzsən - elə özünə nifrət etmək də onun kimi” devizi altında keçib, axırda da bunlara tən gələn o dəhşətli tənhalıq, ümidsizlik, aşkar sezilən eqoizm onun şəxsiyyətini çulğayıb.
Hallerin qeydlərindən: “Orta əsrlərin adamı bizim bugünkü həyatın qayda-qanunlarını qəddarlıqdan da betər dəhşət, vəhşilik adlandırar! İnsan həyatı o vaxt əzaba - cəhənnəm əzabına dönür ki, iki mədəniyyət, müxtəlif dinlər eyni vaxta düşür. Antik dövrün adamı orta əsrlərdə yaşamalı olsa, min əzab içində ölər - hər hansı bir vəhşini bizim sivilizasiya dövrünə gətirsən, o da eləcə! Ancaq elə zəmanələr var ki, bütöv bir nəsil iki dövrün, iki həyat tərzinin arasında qalır, ona görə də hər cür təbiiliyi, hər cür adət-ənənəni, hər cür dayağı və məsumluğu itirir... Əlbəttə, bunu hamı eyni dərəcədə duya bilməz. Nitsşe kimi şəxsiyyət isə bütöv bir nəsli qabaqladı, bu günün eybəcərliklərini əvvəlcədən hiss etdi, əzab çəkməli oldu. Heç kəs də heç nə başa düşmədi və onun tək-tənha daşıdığı əzabları bu gün minlərlə adam çəkir...”
Haller də eləcə bir keçid dövrünə düşüb göydən asılı qalan, məsumluğunu itirən, ümumbəşəri qisməti - insan həyatının bütün şübhə-tərəddüdlərini olduğundan daha betər şəkildə şəxsi iztirabları, cəhənnəm əzabı kimi yaşamağa məcbur olan insanlardandır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

