Leyla Əliyeva IUCN və “WWF International” təşkilatlarının rəhbərləri ilə görüşüb
16.06.2022 [18:04]
İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib.
İDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması ilə bağlı mövcud vəziyyət müzakirə edilib, təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Leyla Əliyeva IDEA İctimai Birliyinin dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ilk və ən böyük beynəlxalq təşkilat olan IUCN-nin üzvü olmasından məmnunluğunu ifadə edib və qurumun rəhbərini Azərbaycana səfər edərək ölkəmizin zəngin təbiəti, bioloji müxtəlifliyi ilə yaxından tanış olmağa dəvət edib.
Sonra dünyanın 100-dən çox ölkəsində minlərlə təbiəti mühafizə layihəsi həyata keçirən WWF-in Baş direktoru ilə görüş keçirilib, bu təşkilatla IDEA İctimai Birliyi arasında mövcud əməkdaşlıq müzakirə edilib.
Söhbət zamanı tərəflər Azərbaycanda nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpasına yönəlmiş birgə səylərdən məmnunluq ifadə edərək, əməkdaşlığın getdikcə daha da sıx olacağına əminliklərini bildiriblər. Bu xüsusda, nəsli kəsilməkdə olan ceyran və bəbirlərin qorunması, eləcə də zubrların Azərbaycana reintroduksiya edilməsinə yönəlmiş birgə layihələrin uğurla həyata keçirildiyi qeyd olunub, digər nadir heyvan növlərinin çoxaldılması və təbiət areallarına qaytarılması üzrə təşəbbüslərin başlanılmasına dair razılığa gəlinib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19

