Məktəblərdə telefon qadağası...
15.10.2022 [11:18]
Kim razı, kim narazıdır?
Yeganə BAYRAMOVA
Ölkənin ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifadə edənlərin sayı artmaqdadır. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon var. Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər.
Son günlər isə orta məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşıldığına şahid oluruq. Məktəblərdə yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulduğu bildirilir. Buna səbəb olaraq da mobil telefonların tədris prosesinə mane olduğu göstərilir.
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı rəsmi qaydada qadağa mövcud deyil. Məktəb rəhbərliyi tərəfindən təhsil müəssisəsində telefon istifadəsi tənzimlənə bilər.
Məsələ ilə bağlı açıqlama verən Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, İlqar Orucov qeyd edib ki, direktorlar şagirdlərin məktəbə smartfonla girişinə qadağa qoyublar. Əslində belə bir qadağanın heç bir əsası yoxdur: “Ümumiyyətlə, valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdır. Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər. Bu baxımdan, əlbəttə ki, valideynlər diqqətli olmalıdırlar. Şagirdlərə mobil telefonlardan uzaq durma tövsiyə oluna bilər. Məktəbdə neqativ halların qarşısının alınması üçün belə bir qadağa olması doğru deyil. Ümumiyyətlə, məktəbdə neqativ hal olmamalıdır. Məktəb təlim, tərbiyə ocağıdır və hər hansı bir xoşagəlməz hadisələr olmamalıdır. Bu cür qadağalar çıxış yolu deyil. Biz şagirdlərə mobil telefonların zərərlərini izah etsək, bəlkə də onlar özləri telefondan istifadənin imtina edəcək”.
“Şagirdlərdən telefonu almaq düzgün deyil”
Təhsil üzrə mütəxəssis, professor Firudin Cəlilov mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Professorun sözlərinə görə, valideynlərin bu mövzudakı narahatlığını anlamaq lazımdır: “Çünki mobil telefon valideynlərin övladları ilə arasındakı yeganə əlaqə vasitəsidir, ona görə də həmin əlaqəni kəsmək olmaz. Məsələn, şagird dərs vaxtı özünü pis hiss edirsə, valideyninə xəbər verməlidir. Orta məktəblərdəki neqativ hadisələrin telefonla videoya çəkilməsinə gəlincə, çalışmaq lazımdır ki, xoşagəlməz hadisələrin səbəblərini aradan qaldırsınlar. Yəni telefonun dərs zamanı hansı məqamlarda mənfi rol oynadığını aşkar etmək lazımdır. Elə məqam ola bilər ki, orada telefon işlədib-işlətməmək önəm kəsb etmir. Bu zaman baş verən neqativ hadisənin qarşısı alınmalıdır. Şagirdlərin əlindən telefonu almaq düzgün deyil. Xüsusilə indiki kimi çətin dönəmdə, əsasən də aşağı sinif şagirdlərinin valideynləri ilə əlaqəsini kəsmək daha neqativ hadisələrə səbəb ola bilər. Bu baxımdan şagirdlərin telefonu olmalıdır. Sadəcə olaraq məktəbdə şagirdlərə tapşırılmalıdır ki, dərs vaxtı telefonlarını söndürsünlər”.
“Məktəblərdə telefonlar tamamilə yığışdırılmalıdır”
Təhsil üzrə ekspert Elçin Əfəndi isə düşünür ki, şagirdlərin məktəbə telefonla getmələri düzgün deyil: “Məktəblilər telefondan istifadə edirlərsə, bu, onların təhsildən yayınma hallarına gətirib çıxarır. Nəticədə təhsildə keyfiyyət göstəricilərinin aşağı düşməsi ilə bağlı hallar çoxalır. Valideynlər övladları ilə əlaqə saxlamaq istəyirlərsə, smartfon tipli deyil, sadə telefon almaqları daha məqsədəuyğundur”.
E.Əfəndinin fikrincə, orta məktəblərdə telefonlar yığılıb şagirdin təhsil aldığı auditoriyada saxlanılmalı və yalnız dərs bitdikdən sonra qaytarılmalıdır: “Məsələn, müəllim hansısa mövzunu izah edir və şagirdə zəng, yaxud mesaj gəlir. Onda şagirdin diqqəti yayınacaq. Belə olduğu halda, şagirdin həmin mövzu üzrə bilik və bacarıqları kamil olmayacaq. Bu baxımdan mobil telefonların şagirdlərdən yığılması lazımdır”.
Ekspertin sözlərinə görə, mobil telefonlar məktəbdəki neqativ halların ictimaiyyətə təqdim edilməməsi üçün yığılırsa, bu, yolverilməzdir: “Çalışmalıyıq ki, məktəblərdə neqativ hallar yaşanmasın və telefonlar dərsə mane olmamaq səbəbindən yığılsın. Belə olarsa, atılan addımları müsbət dəyərləndirirəm. Ölkəmizdə 1 milyon 600 min şagird təhsil alır və demək olar ki, onların hər biri mobil telefon işlədir. Belə olduğu halda orta məktəblərdə təhsilin yüksək keyfiyyəti barədə danışmaq düzgün deyil”.
“Hər iki övladımın telefonu var”
Valideyn Vəfa Hacıbəyova bildirib ki, 5-ci və 7-ci sinifdə oxuyan iki övladının hər birinin mobil telefonu var: “Düşünürəm ki, indiki zamanda övladlarımızla daimi əlaqə saxlamaq vacibdir. Ona görə də onların məktəbə mobil telefonla getməsinə icazə verirəm. Belə olduğu halda özüm də narahat qalmıram”.
“Məktəbə telefonsuz getsələr, nigaran qalaram”
Valideyn Ruhiyyə Əliyeva isə söyləyib ki, övladlarının ibtidai sinfi bitirdikdən sonra məktəbə telefonla getmələrinə icazə verib: “Hazırda övladlarımdan biri 8-ci, digəri isə 11-ci sinifdə oxuyur. Düşünürəm ki, məktəbə telefonsuz getsələr, nigaran qalaram. Ona görə də hələ 5-ci sinifdə oxuyandan onların telefondan istifadəsinə icazə verirəm. Məncə, təhsilə marağı olan uşaq onsuz da fikrini dərslərinə verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

