Yeni növ virus təbili - narahatlığa əsas varmı?
27.01.2023 [10:35]
Nicat PAŞA
Dünya gündəmi hər nə qədər hərbi-siyasi məzmun ilə zəngin olsa da, bəşəriyyətin bəlasına çevrilən koronavirus infeksiyası aktuallığını sözün mənfi mənasında qoruyub saxlamağı bacarır. Heç kəsə sirr deyil ki, COVID-19 ilk aşkarlandığı gündən etibarən bu xəstəlik barədə iddiaların ortaya atılması səngimək bilmir. Tibb sahəsi üzrə ixtisaslaşanlarla yanaşı, müxtəlif sənət sahibləri - biznesmenlər, analitiklər və s. - zaman-zaman koronavirus haqqında öz fərziyyələrini irəli sürürlər. Maraqlı məqam isə bundan ibarətdir ki, tibb elmi ilə əlaqəsi olmayan, lakin virus barədə istənilən fikri ortaya atan şəxsin iddiaları (ona görə ki, heç bir fakta söykənməyib) çox qısa bir müddət ərzində gündəmə çevrilir. Dünyada baş verən müxtəlif məzmunlu proseslərə dair səsləndirdiyi fikirləri ilə ictimaiyyət üçün önəmli olan personallardan biri də Bill Qeytsdir. Bugünlərdə “Microsoft”un qurucusu yeni xəbərdarlığı ilə yenidən gündəmə gəlib. Milyarderin sözlərinə görə, növbəti pandemiya COVID-19 dan daha ağır keçəcək. Onun səsləndirdiyi fikirlərdə diqqəti çəkən əsas məqam isə B.Qeytsin virusun insan tərəfindən yaradılacağını iddia etməsidir.
Virusun süni şəkildə yaradılması ilə bağlı iddialar daha əvvəllər də səsləndirilsə də, birmənalı qarşılanmırdı. Lakin sonradan bir çox mənbələrdə koronavirusun laboratoriyalarda hazırlanması barədə məqalələr deyilənlərin heç də əsassız olmadığını ortaya çıxarmış oldu. Maraqlıdır, azərbaycanlı mütəxəssislər bu barədə necə düşünürlər?
Həkim-infeksionist İbrahim Rufullayev “Yeni Azərbaycan”a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, insanlar arasında düzgün olmayan yanaşma mövcuddur. Xəstəliyin xüsusiyyətlərindən (simptomlarından) və müalicəsindən danışan İ.Rufullayev fikirlərinə belə davam edib: “Deyə bilmərəm ki, hansısa süni şəkildə yaradılmış xəstəlik var. Sadəcə rutin bir qrip formasında keçir xəstəlik, temperatur isə gec düşür. İnsanların yanlış yanaşması var. Bu haqda, demək olar ki, hər kəs hər gün danışır. Antibiotiklərin heç bir köməyi yoxdur. Sadəcə bol maye içmək, temperaturu izləmək, 3-4 gün olan qızdırmadan sonra həkimə yaxınlaşmaq kifayət edir. Bu xəstəliyin təhlükəliliyi haqqında heç bir açıqlama yoxdur. Doğrudur, pnevmoniya verə bilir, amma bu xəstəlikdən ölən yoxdur. Yəni, ortada hər hansı bir təhlükəli məqam yoxdur”.
İ.Rufullayev ənənəvi qorunma üsullarından istifadə etməklə yayılan virusdan qorunmağın mümkün olduğunu da diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə ötən gün mətbuata açıqlamasında hazırda ölkəmizdə koronavirusla bağlı epidemioloji durumun qənaətbəxş olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə yeni yoluxma hallarının sayı minimaldır: “Qeydiyyatda olan aktiv xəstə sayı çox azdır və çarpayı yüklənməsi qeyd olunmur”
Həkim hesab edir ki, bu cür stabil vəziyyət, payız-qış mövsümündə pisləşmənin olmaması nikbinlik yaradır və tezliklə pandemiyanın sonlanacağı anlamına gəlməyə imkan verir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

